Mobil versiya
Bir yaşlı oğlunun ölümünə dözməyib intihar etdi
Tarix: 24-06-2022 | Saat: 12:30
Bölmə:Ölkə | çapa göndər

Bir yaşlı oğlunun ölümünə dözməyib intihar etdi

“Qafqazinfo” xəbər verir ki, hadisə iyunun 22-də, saat 16 radələrində rayonun İkinci Nügədi kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü İman Abıyev özünü yaşadığı evdə asaraq həyatına son qoyub.

İlkin araşdırmalar zamanı məlum olub ki, İman Abıyevin bir yaşlı övladı keçən il vəfat edib. Belə ki, qanında mikrob aşkarlanan uşağın müalicəsi üçün İ.Abıyev çoxsaylı şəxslərə müraciət etsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Bundan sonra İman ağır psixoloji sarsıntı keçirib, evdə dəfələrlə dava-dalaş salıb və spirtli içkilərə meyl edib.

İyunun 22-də spirtli içkinin təsirində olan 33 yaşlı şəxs özünü asaraq intihar edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə