Mobil versiya
FHN: “Amfibiya təyyarəsi 10 nəfərlik heyətlə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək”
Tarix: 23-06-2022 | Saat: 17:11
Bölmə:Gündəm | çapa göndər

FHN:

Türkiyənin Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürülməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşür.

“Report”un xəbərinə görə, Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlama verən FHN-in Aviasiya dəstəsinin rəisi, general-mayor Əşrəf Qasımov bildirib ki, təyyarə ötən il də Türkiyədə baş verən yanğının söndürülməsinə iştirak edib:

“Bu, yanğınların söndürülməsində ən effektiv təyyarədir. Təyyarə suyun üzərində durmadan 18-20 saniyəyə 12 ton su götürmə həcminə malikdir. Suyu götürərək yanğın bölgəsinə yol düşür. Təyyarə bu gündən etibarən qardaş ölkə Türkiyədə yanğınların söndürülməsində iştirak edəcək”.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024