Mobil versiya
Novruzəli Aslanov: “ Prezidentin səfəri gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir”
Tarix: 23-06-2022 | Saat: 12:38
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “ Prezidentin səfəri gələcəkdə əlaqələrin daha da inkişaf edəcəyindən xəbər verir”

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iyunun 21-də Özbəkistan Respublikasına növbəti xarici səfəri də mühüm anları ilə tarixləşdi. Onun Özbəkistan səfəri həm xarici siyasət baxımından, həm də iki qardaş xalq arasında əlaqələrin inkişafı baxımından çox önəmli oldu. Prezident İlham Əliyev Daşkənddə Heydər Əliyev Meydanının açılışı mərasimində geniş nitq söyləyərək tarixi köklərə və ənənələrə söykənən Özbəkistan –Azərbaycan əlaqələrinin, dostluğun bundan sonra da inkişaf edəcəyini söylədi.

Bu sözləri mətbuata açıqlamasında millət vəkili Novruzəli Aslanov söyləmişdir.

Millət vəkili qeyd etmişdir ki, Özbəkistanın paytaxtı Daşkəndin mərkəzində Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş Meydanın yaradılması Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevə hörmətin, həm də xalqlarımızın qardaşlığının və dostluğunun təzahürüdür. Küçə, meydan, barelyef, gözəl park – bunlar Azərbaycan xalqının böyük Liderinin xatirəsinə, bütün Azərbaycan xalqına həqiqi qardaşlıq münasibətidir.
Bütün həyatını Azərbaycana xidmətə həsr edən Ulu Öndər Heydər Əliyev həmişə xalqın yanında olub. Ən ağır dövrdə, xalqımız təcavüzə, təqiblərə məruz qaldığı vaxtlarda o, həmişə xalqın yanında olub. 1990-cı il yanvarın 20-də, Sovet İttifaqının parçalanmasından hələ iki il əvvəl o, sovet ordusunun Bakıya yeridilməsi, Azərbaycanın yüzlərlə günahsız vətəndaşının öldürülməsi və yaralanması ilə əlaqədar sovet rəhbərliyini açıq pisləmişdi. Naxçıvan ağır blokada şəraitində yaşadığı dövrdə xalqla birlikdə olan, eyni çətinlikləri yaşayan Ulu Öndər bütün məhrumiyyətlərə baxmayaraq usanmadan müstəqil dövlətçiliyimizin əsaslarını yaratmaqla, inkişaf etdirməklə bir daha sübut elədi ki, onun Vətən sevgisi tükənməzdir.
   
Heydər Əliyevin   fəaliyyəti nəticəsində həyatın inkişaf, tərəqqi müşahidə olunmayan sahəsi qalmadı. İqtisadiyyat, xalqın rifahı, elm və incəsənət, səhiyyə sahələrində aparılan islahatlar sonda yükəsk inkişafla nəticələndi və Azərbaycan keçmiş müttəfiq respublikaları sırasında ən ön yerlərdən birini tutdu. Məhz bu dövrdə Azərbaycan quruculuq, yaradıcılıq və tərəqqi dövrü keçirdi.

O böyük şəxsiyyət yetirmələrinə, onların gələcəkdə Azərbaycanı daha da irəli aparacağına inanırdı. İnanırdı ki onun siyasi məktəbini keçənlər tezliklə tarixi ədaləti bərpa edəcək və dünyaya sübut edəcəklər ki, Azərbaycan xalqı öz torpağının, azadlığının yolunda hər cür mübarizəyə hazırdır. Elə də oldu və biz bunu, bu tarixi hadisəni 44 günlük Vətən müharibəsinin nəticələrində gördük.

Millət vəkili əlavə edərək bildirmişdir ki, Ulu Öndər Türk dünyasına, bu dünyanın inkişafına böyük ümidlə baxırdı. Türk dövlətlərinin, o cümlədən, Özbəkistanın siyasi rəhbərliyi ilə möhkəm dostluq münasibətləri bugünkü münasibətlərin, qarşılıqlı əlaqələrin və dəstəyin əsasını təşkil edir. 44 günlük Vətən müharibəsi zamanı qardaş Özbəkistanın Azərbaycanın haqq işini müdafiə etməsi və dəstək verməsi bu münasibətlərin sağlam təməllər üzərində qurulmasından xəbər verir.

Son olaraq millət vəkili qeyd etmişdir ki, Cənab Prezidentin səfəri tarixi əhəmiyyət daşıyır. Özbəkistanla 25 illik diplomatik əlaqələr dövründə imzalanmış sənədlərin davamlı icrası, sağlam və bərabər əsaslı qarşılıqlı münasibətlər bizim qardaş dövlətlə münasibətlərimizi daha da inkişaf etdirəcəkdir.
Cənab Prezident qeyd etmişdir ki, “bu gün Xəzər, Mərkəzi Asiya, Cənubi Qafqaz regionlarının sülhə və sabitliyə ehtiyacı var. Ölkələrimiz arasında münasibətlər daha möhkəm olacaq, aramızda daha çox əməkdaşlıq və qarşılıqlı dəstək olacaq”. Bunun əsası liderlərin siyasi iradəsi, eləcə də iqtisadi zəminlərdir. “Gücümüz birliyimizdədir” söyləyən dövlətimizin başçısı İlham Əliyevin bütün türkdilli ölkələrin vahid mövqedən çıxış etməsinin vacibliyini söyləməsi bundan sonra da qarşılıqlı əməkdaşlıq, qardaşlıq və dostluq prinsiplərinə söykənən birlik üçün imkanların olduğunu diqqətə çatdırdı.
Hər iki dövlət başçısının gələcək əməkdaşlığı daha da inkişaf etdirmək yönündə bəyanatları gələcəkdə sarsılmaz birliy inam ifadə etmişdir. Hər iki dövlət başçısı tərəfindən imzalanmış siyasi Bəyannamə mahiyyət etibarilə münasibətləri keyfiyyətcə yeni səviyyəyə çatdırmaqla yanaşı, həm mövcud beynəlxalq təşkilatlar çərçivəsində, həm də ölkələrimizin və xalqlarımızın təhlükəsizliyi ilə bağlı bütün başqa məsələlərdə vahid mövqedən çıxış ediləcəyi perspektivindən xəbər verir.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024