Mobil versiya
Qəhrəman Azərbaycan Ordusunun -104 illiyi
Tarix: 22-06-2022 | Saat: 22:34
Bölmə:Cəmiyyət | çapa göndər

Qəhrəman Azərbaycan Ordusunun  -104 illiyi

Azərbaycan ordusu dunyanın ən güclü 50 ordusu sırasındadır

Azərbaycan xalq cümhuriyyətinin elan edilməsindən sonra onun qarşısında duran ən mühüm və çətin məsələlərdən biri Milli Ordunun yaradılması idi. Azərbaycan höküməti 1918-ci il iyun ayının 23-də yaranmış gərgin vəziyyəti nəzərə alaraq bütün ölkə ərazisində hərbi vəziyyət elan etdi. Yenidən təşkil edilən hökümət kabinetində hərbi nazir vəzifəsi yox idi. Yaradılmış Müsəlman korpusu Azərbaycan hökümətinin qərarı ilə 1918-ci il iyunun 26-da Azərbaycan korpusu adlandırıldı.

Türkiyə hərbi qüvvələri Azərbaycanda olarkən başlanmış ordu quruculuğunu sürətləndirmək və onu daha səmərəli aparmaq üçün 1918-ci il oktyabrın 23-də respublika hökümətinin iclasında Hərbi Nazirliyi yaradılması qərara alındı. Bu qərar Nazirlər şurası tərəfindən noyabr ayının 1-də imzalandı. Hərbi nazir vəzifəsini ilk vaxtlar Nazirlər Şurasının sədri F.X.Xoyski öz üzərinə götürdü. Nazir müavini isə artileriya generalı Səməd bəy Mehmandarov təyin edildi və ona nazirliyin formalaşdırılması tapşırıldı. Qısa müddət ərzində Hərb Nazirliyin aparatı yaradıldı. Nazirlər Şurasının 1918-ci il 25 dekabr tarixli qərarı ilə artileriya generalı Səməd bəy Mehmandarov hərbi nazir təyin edildi. Hökümətin 1918-ci il 29 dekabr tarixli qərarı ilə general leytenant Ə.Şıxlınski hərbi nazir müavini tətin edildi. 1918-ci il dekabrın 27-də AXC-nin hərbi nazirin 34 saylı əmri ilə Azərbaycan dili orduda dövlət dili qəbul edilmişdir. Orduda milli kadrlar hazırlamaq üçün Türkiyə Cümhuriyyətinə müraciət edildi. Bütün bu təşkilati işləri həyata keçirən Hərbi nazirlik şəxsi heyətin sayını 40 min nəfərə çatdırmalı idi. Lakin həmin dövrdə Qarabağda, Zəngəzurda, Zəngibasarda və başqa yerlərdə erməni separatizminin güclənməsi vəziyyəti daha da ağırlaşdırırdı.

Azərbaycanın XI Qızıl Ordu tərəfindən istilası və kommunistləri hakimiyyəti ələ keçirməsi ölkənin ərazi bütövlüyünün tam təmin edilməsinin başa çatdırmağa imkan vermədi. 1920-ci il aprelin 28-də Hərbi Nazirliyin rəhbərliyi qoşun hissələrinə komandanlığı hakimiyyətə gəlmiş Sovet orqanlarına təhvil verdi.

Odlar yurdu Azərbaycan 71 il Sovet İmperiyasının müstəmləkə rejimində yaşamasına baxmayaraq 1991-ci il oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi. Bununla da gənc respublikamız çətin müstəqillik yoluna qədəm qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin hakimiyyəti dövründə daxili və xarici siyasət sahəsində uğurlar əldə edildi. Bağlanan bir neçə neft müqavilələri Azərbaycanın iqtisadi gücünü artırmaqla bərabər, xarici siyasətində də böyük rol oynadı.

Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyev hakimiyyətə gəldikdən sonra xarici siyasətdə böyük uğurlar əldə edildi. Ordu quruculuğu sahəsində dünyanın bir sıra ölkələri ilə danışıqlar aparıldı. İlham Əliyevin BMT-nin tribunasından dəfələrlə çıxış edərək Dağlıq Qarabağ və onun ətrafındakı 7 rayon Azərbaycanın əzəli torpaqlarının olmasını dünya liderlərinin diqqətinə çatdırırdı. Lakin Ermənistanın qeyri kostruktiv mövqe tutması, Dağlıq Qarabağ məsələsini ancaq müharibə yolu ilə həllini gündəmə gətirirdi. 2016 –ci ilin aprel döyüşlərində Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə işğal olunmuş torpaqların bir hissəsini azad etdi. Ermənistanın Azərbaycan ərazilərinə dəfələrlə göndərdiyi kəşfiyatçı dəstələri vəziyyəti daha da ağırlaşdırdı. Bütün bunları nəzərə alan, Azərbaycan ordusu 2020- ci ilin sentyabrın 27-də doğma torpaqlarımızı azad etmək üçün hərbi əməliyyatlara başladı. Cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyi idi. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi. Müasir texnoloji silahlar Silahlı Qüvvələrimizin güc alətlərindən yalnız biri idi. Müharibənin taleyini müəyyənləşdirən başda Ali Baş Komandanımız olmaqla, döyüş meydanında əsl qəhrəmanlıq göstərən Azərbaycan əsgəri və onun cəsur komandirləri idi. Müzəffər Azərbaycan ordusu və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qısa müddət ərzində torpaqlarımız işğaldan azad edildi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sentyabrın 27-dən başlanan Vətən müharibəsi şanlı qələbə ilə sona çatdı, 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu işğalçı Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın edərək, böyük zəfərə imza atdı. Azad olunmuş bütün torpaqlarımızda Azərbaycan Bayrağı dalğalandı. Azərbaycan Böyük Qələbənin ilk addım səslərini noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Bəli, bu qədim yurd yerimizin xilası ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü. 44 günlük savaş xalqımızın tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı. 8 noyabr 2020-ci il tariximizə Zəfər günü kimi qeyd edildi. Məhz bunun nəticəsidir ki, Azərbaycan ordusu dünyanın 50 güclü dövlətlər sırasındadır.
Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçilik konsepsiyası bu gün Prezident İlham Əliyev tərəfindən uğurla, böyük peşəkarlıq, yeni təfəkkür və müasir yanaşma tərzi ilə davam etdirilir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan uğurlu islahatlar, əldə olunan nailiyyətlər xalqın daha xoş gələcəyə olan inamını artırıb. Xalqımız bu siyasəti yüksək dəyərləndirir və öz rəhbəri ətrafında daha sıx birləşməklə Azərbaycanın dünyanın inkişaf etmiş ölkələri sırasında layiqli yerini tutmasına nail olmağı mənəvi borc sayır. Dövlətin idarə edilməsində, dövlətə rəhbərlikdə peşəkarlığın əhəmiyyətini xalqımız Prezident İlham Əliyevin çoxcəhətli və səmərəli fəaliyyətində görür və bununla fəxr edir.

Azərbaycan Ordusunun yaranmasının 104 illiyi münasibətilə xalqımızı təbrik edir, yeni-yeni qələbələr arzulayırıq.

Mübariz Rüstəmov
YAP Laçın rayon təşkilatının 43 saylı ƏPT sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
23-04-2024