Mobil versiya
Samuxlu kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir - FOTOLAR
Tarix: 20-06-2022 | Saat: 13:55
Bölmə:Ölkə | çapa göndər

Samuxlu kəndində rayon İcra Hakimiyyəti başçısının səyyar qəbul-görüşü keçirilmişdir


Qəbulda rayon İcra Hakimiyyətinin başçısı, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə, mədəniyyət, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak etmişlər.

aia.az xəbər verir ki, rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında keçirilən səyyar qəbul-görüşlərin vətəndaşları narahat edən məsələləri bilavasitə yerdə öyrənmək və onların həllini təmin etmək, vətəndaş məmnuniyyətinə nail olmaq olduğunu bildirdi, ölkəmizdə, rayonumuzda və Samuxlu kənd inzibati ərazi dairəsində həyata keçirilən tədbirlər, görülən işlər barədə qısa məlumat verdi.

Son illər Samuxlu kənd inzibati ərazi dairəsinin əhatə etdiyi Samuxlu kəndi qazlaşdırılıb, 10 km uzunluqda kənddaxili yolar qum-çınqılla əsaslı təmir edilib, kəndin 4 km uzunluqda baş yolu asfalt-betonla tikilib, kəndin aşağı gərginlikli elektrik şəbəkəsi yenidən qurulub, elektrik xətləri kabelləşdirilib, abonentlər “Smartkart” sayğaclarla təmin edilib, şəbəkədə 2 ədəd əlavə güc transformatoru quraşdırılıb, qüvvəli yem müəssisəsi tikilib, kənd körpələr evi-uşaq bağçası inventar və avadanlıqlarla təmin edilib, kənd qəbirstanlığı abadlaşdırılıb, kəndin giriş qapısı tikilib, kəndin girişində abadlıq işləri aparılıb və ərazidə 500 ədəd ağac əkilib, yaşıllıq zolağı salınıb, kənddə 2 ədəd subartezian quyusu qazılıb, mövcud 7 inzibati bina rənglənib, 5 sahibkarlıq obyekti müasir memarlıq üslubunda yenidən tikilib, müasir stomotoloji xidmət obyekti tikilib, 12 km uzunluqda baş arxı və ərazidəki 14 km açıq dren-kanal lildən təmizlənib, 1900 ədəd çəkil tingi əkilib, 2 Qarabağ müharibəsi əlilinə fərdi yaşayış evi tikilib, 24 fərdi yaşayış evi inşa edilib, kənd müntəzəm olaraq məişət tullantılarından təmizlənir, hazırda 200 hektar ərazinin suvarılması üçün 1,5 km suvarma arxı lildən təmizlənir.
2021-ci ildə ərazidə 145 ha sahədə pambıq əkilmiş, hər hektardan 27.6 sentner olmaqla 400 ton pambıq, 4 kümçü tərəfindən 19 qutu ipək qurdu bəslənilmiş, hər qutudan 41 kq olmaqla 779.2 kq barama istehsal edilmiş, ərazidə 400 ədəd çəkil tingi əkilib.

2022-ci ildə 205 ha sahədə pambıq əkilmiş, artıq 2-ci becermə aparılır, 4 kümçü tərəfindən 18 qutu ipək qurdu bəslənilmiş, indiyədək 628 kq barama təhvil verilmişdir və baramanın yığımı davam edir.

Sonra vətəndaşların müraciətləri dinlənilmişdir. Samuxlu kənd sakinləri Əmrah Ağakişiyev Yuxarı Qarabağ kanalından əlavə su kanalı çəkilməsi, Aynur Abbasova körpələr evi-uşaq bağçasına təbii qaz çəkilməsi, Vüsal Mustafayev ləğv edilmiş kənd poçt şöbəsinin bərpa edilməsi, Əliağa Muradov suvarma suyunun limitinin artırılması, Sahib Abdulrəhmanov pay torpağının dövlət aktının verilməsi, Sərdar Haqverdiyev yaşadığı əmlak payı olan binaya təbii qaz çəkilməsi, Əliibrahim Maşıyev yaşadığı məhəllədə yerləşdirilmiş elektrik güc transformatorunun yerinin dəyişdirilməsi, Əmrazi Şərifov əlillik dərəcəsi verilməsi, Birinci Qarabağ müharibəsinin II qrup əlili Nəsib Nəsibov oğlu yaşadığı ərazidə içməli suyun olmaması, Rəna Mirzəliyeva kənd tam orta məktəbinin əsaslı təmiri, elektrik xətlərinin mühafizə zonasında olan ağacların budanması barədə müraciət etmişlər.

Qaldırılan məsələlər barədə aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmiş vətəndaşlara hüquqi yardım göstərilmiş, müvafiq izahatlar verilmişdir.
Kənd sakinləri kənddə aparılan tikinti-abadlıq işlərinə, pambıqçığıın, baramaçılığın inkişafına, əhalinin sosial müdafiəsi üçün gördüyü tədbirlərə görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlıqlarını bildirmişlər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə