Mobil versiya
Həmkəndlisini öldürüb, daha sonra intihar edən şəxslə bağlı RƏSMİ MƏLUMAT
Tarix: 20-06-2022 | Saat: 10:29
Bölmə:Ölkə | çapa göndər

Həmkəndlisini öldürüb, daha sonra intihar edən şəxslə bağlı

Bərdə Rayon Prokurorluğu Bərdədə 33 yaşlı kişinin qətli ilə bağlı açıqlama yayıb.

Prokurorluqdan aia.az-a daxil olan açıqlamada deyilir:

"İyunun 18-i saat 13 radələrində Bərdə rayonu Şatırlı kənd sakini 1989-cu il təvəllüdlü Anar Hüseynovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin həmkəndlisi 1962-ci il təvəllüdlü Namiq Hüseynovun şəxsi mübasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq Anar Hüseynovu qəsdən öldürməsinə, daha sonra həmin tüfəngdən özünün baş nahiyəsinə atəş açaraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə