Mobil versiya
Şuşa! Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri
Tarix: 16-06-2022 | Saat: 08:48
Bölmə:Ölkə | çapa göndər

Şuşa! Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri

İncəsənətimizin beşiyi, qürur mənbəyimiz, şairlərin, bəstəkarların doymadan vəsf etdiyi dağlar gözəli. Qarabağın tacı olan Şuşa Azərbaycan üçün adi şəhər deyil, milli qürur, milli mənlik, mədəniyyət, incəsənət, tarix deməkdir, xalqımız üçün müqəddəs və əziz məkandır. Ulu öndər Heydər Əliyevin dediyi kimi, “Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

28 ildən sonra Ali Baş Kamandanın rəhbərlik etdiyi Müzəffər Ordumuzun sayəsində Şuşa şəhəri işğaldan azad edildi. Bu yolda bizə hər zaman mənəvi dəstək olan qardaş Türkiyə oldu. Şuşa şəhəri işğaldan azad olunduqdan sonra Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşaya səfər etdi. Şuşa şəhərində Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanırdı. Bu isə bir qardaşlığın bariz nümunəsidir. Bu səfərdən sonra Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşa Bəyannaməsi çoxşaxəli müttəfiqliyin rəmzidir. Bəyannamə sayəsində Türkiyə və Azərbaycan münasibətləri rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Ölkələrimiz arasındakı müttəfiqlik əlaqələri siyasət, beynəlxalq müstəvidə birgə əməkdaşlıq, iqtisadiyyat, enerji təhlükəsizliyi, nəqliyyat, mədəniyyət, təhsil, ordu quruculuğu və digər strateji sahələri əhatə edir. Bundan əlavə Şuşa Bəyannaməsi bölgədə inteqrasiya proseslərini stimullaşdırır. Hər zaman türk xalqları sülhsevər oluduqları üçün Şuşa Bəyannaməsi əhatəli sülhə yol açır. Buna görə də Bəyannamə Qarabağ ərazisində yaşayan erməni əsilli Azərbaycan vətəndaşlarının inteqrasiyası üçün əlavə imkanlar yaradır.
Əlavə olaraq qeyd edirəm ki, ölkəmizin Zəngəzur dəhlizi böyük geosiyasi və iqtisadi əhəmiyyətə malikdir. Bu layihənin həyata keçirilməsi ilə Şərqdən Qərbə hər kəsin istifadə edə biləcəyi yeni bir ortaq iqtisadi dəhliz açılacaqdır. Türkiyə ilə Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi reallığa çevrilir. Zəngəzur geosiyasi əhəmiyyətə malik olan nəqliyyat layihəsidir. Həmçinin müdafiə sahəsində əməkdaşlıq və qarşılıqlı hərbi yardım məsələlərinin Bəyannamədə əks olunması tarixi nailiyyətdir. Ölkələr bundan sonra da bir-birinin təhlükəsizliyini təmin edəcək. Müdafiə sənayesi sahəsində əlaqələrin inkişafı ölkələrin hərbi qüdrətini artıracaqdır. İkinci Qarabağ müharibəsində pilotsuz uçuş aparatları böyük rol oynayıb. Azərbaycan bu prosesdə istehsal mərkəzi kimi inkişaf edəcəkdir.

Bir məsələni də qeyd edim ki, Şuşa Bəyannaməsi ölkədə fəaliyyət göstərən 48 siyasi partiya tərəfindən birgə bəyanatla təqdir edilmiş və Azərbaycandakı bütün siyasi qüvvələr tərəfindən dəstəklənmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ulu Öndər Heydər Əliyevin vəsiyyətini layiqincə yerinə yetirdi. Ulu Öndər Heydər Əliyev “Biz İki Dövlət Bir Millətik” sözlərini deməklə Şuşa Bəyannaməsinin təməlini qoymuşdur. Ruhun şad olsun Ulu Öndər! Şuşa Bəyannaməsinə əsasən Şuşa nəinki Azəbaycanın Mədəniyyət Mərkəzi hətta bütün türk dünyasının Mədəniyyət Mərkəzidir.

YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, Bərdə rayon Qazaxlar kənd tam orta məktəbin direktor əvəzi Zövqiyyə Əsədova



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə