Mobil versiya
Ulu Öndərin görmək istədiyi Azərbaycan
Tarix: 13-06-2022 | Saat: 15:22
Bölmə:Ölkə | çapa göndər

Ulu Öndərin görmək istədiyi Azərbaycan

XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən böyük təhlükələrlə üzləşmişdi. Respublikanın bir-birini əvəz edən rəhbərləri dövlət müstəqilliyini qorumaq, Ermənistanın təcavüzünü dayandırmaq, diktaturadan demokratiyaya, planlı təsərrüfatdan azad bazar iqtisadiyyatına keçid kimi mühüm vəzifələri yerinə yetirə bilmədilər.

Hakimiyyətlə xalq arasında uçurum, hakimiyyət qolları arasında ziddiyyətlər getdikcə dərinləşirdi. Xarici siyasətdə yanlış mövqelər ölkənin təklənməsinə səbəb olmuşdu. Erməni işğalı davam edirdi. Orduda özbaşınalıq və səriştəsizlik hökm sürürdü. Separatçılıq ölkəni parçalanmağa doğru sürükləyirdi. Dövlət müstəqilliyi məhv olma təhlükəsi ilə üzləşmişdi. Mənəvi-psixoloji böhran içində boğulan xalqda sabaha ümidsizlik yaranmışdı. Ölkəni ağır vəziyyətdən çıxarmaq üçün təşkilati, dövlət idarəçiliyi bacarığına malik olmayan hakimiyyət daxildə xalqın dəstəyini qısa müddətdə itirmiş, beynəlxalq aləmdə ölkəni təcridə gətirmişdi. Xalqın dövləti dağılmaqdan qoruyan güclü liderə ehtiyacı var idi.

Belə bir çətin, mürəkkəb şəraitdə Azərbaycan xalqı Naxçıvana - Heydər Əliyevə üz tutdu. Respublika rəhbərliyi xalqın tələbləri əsasında Heydər Əliyevi Bakıya dəvət etdi. O, Azərbaycan parlamentinin sədri, daha sonra prezident kimi ağır bir vəzifəni yerinə yetirməli idi. Xalqın inamına görə, yalnız Heydər Əliyev Azərbaycan dövlətini dağılmaqdan qurtara, milləti mənəvi-psixoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə düçar etmiş xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi.

1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycan dərin ictimai-siyasi və iqtisadi böhrandan xilas oldu, inkişafın sarsılmaz təməlləri qoyuldu. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Xalqın güclü dəstəyi, öz liderinə olan inamı qalib gəldi. Məhz bu gündən etibarən müstəqil dövlətçiliyimizin əsası qoyulmuş oldu.
15 iyun Azərbaycanın tənəzzüldən xilas olaraq tərəqqi yoluna çıxması, dünya miqyasında müstəqil siyasət həyata keçirən dövlət kimi tanınması, beynəlxalq aləmdə layiqli yerini tutması günü kimi səciyyələnir. Bu gündən etibarən Ulu Öndərin xalqımız və tariximiz qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, ölkəmizi parçalanıb yox olmaq təhlükəsindən qurtarmasında idi. Dövlətimizin qorunub saxlanması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması, qurtuluş deməkdir.
Heydər Əliyev ölkənin problemlərinin həllində məhz xalqa, onun dəstəyinə arxalandı. Azərbaycanın cənubunda baş qaldıran separatçılıq bilavasitə xalqın iradəsi ilə dəfn edildi. Xalq ayağa qalxıb milli dövlətini müdafiə etdi. Böhran içində olan xarici siyasət kursu dəyişdi. Diplomatiya xalqın və dövlətin qarşısında duran əsas xarici siyasət vəzifələrini yerinə yetirməyə, dövlət quruculuğu və xalqın təhlükəsiz yaşayışını təmin etmək üçün əlverişli beynəlxalq şəraitin yaradılmasına yönəldildi. bilmirdi. Azərbaycan xalqı və dövlətinin maraqlarına cavab verməyən xarici siyasət xəttindən imtina olundu və tarazlaşdırılmış xarici siyasət dövlətin beynəlxalq fəaliyyətinin əsasını təşkil etdi.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır” – deyən Ümummilli Lider problemlərin həlli üçün, ilk növbədə, bütün səylərini ölkədə vətəndaş həmrəyliyinin, sabitliyin təmin olunmasına yönəltdi və buna nail oldu, inkişafın təməllərini qoydu.

Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövr inkişaf və sabitlik illəri kimi tarixə yazıldı. Bu gün isə Ümummilli Liderin layiqli davamçısı olan Prezident İlham Əliyevin həyata keçiridiyi siyasət nəticəsində Azərbaycan regionun lider dövlətinə çevrilməklə yanaşı,iqtisadi gücünə görə də ciddi şəkildə fərqlənir. Bu gün Azərbaycan Ordusu nəinki regionun, həmçinin dünyanın orduları sırasında öz texniki təchizatına, potensialına, nizam-intizamına, kadr hazırlığına, mütəşəkkilliyinə görə yüksək qiymət verilən ordulardan biri hesab edilir.
Vətən müharibəsində qazanılan möhtəşəm Zəfər də bu uğurların məntiqi nəticəsidir. Böyük Qayıdışın reallaşdırılması istiqamətində həyata keçirilən təxirəsalınmaz tədbirlər dahi şəxsiyyət Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik ənənəsinin uğurlu davamıdır. Xalqımız əmindir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə daha uca zirvələr fəth ediləcək, düşmənin yerlə-yeksan etdiyi Qarabağ dünyanın ən gözəl guşələrindən birinə çevriləcək.

Bu inkişaf strategiyasının, bu qələbənın, bu nailiyyətlərin əsası məhz Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.

Lütvəli Şıxəliyev,
YAP Saatlı Rayon Təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024