Mobil versiya
Şəmkir rayonunda 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib - FOTOLAR
Tarix: 10-06-2022 | Saat: 16:18
Bölmə:Ölkə | çapa göndər

Şəmkir rayonunda 15 İyun  Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib


İyunun 10-da Yeni Azərbaycan Partiyası Şəmkir rayon təşkilatında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbirdə YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, YAP Şəmkir rayon təşkilatı Aparatının məsul əməkdaşları, ərazi partiya təşkilat sədrləri və fəallar iştirak etdilər.

Tədbir ilk öncə Yeni Azərbaycan Partiyasının yaradıcısı, xalqımızın ümummilli lideri Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin və dünyasını dəyişmiş partiya üzvlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Sonra YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev çıxış edərək Milli Qurtuluş Gününün hər bir azərbaycanlı üçün əziz olduğunu vurğulayıb. Bildirib ki, Azərbaycan bugünkü uğurlara məhz Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və hazırda Prezident cənab İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kurs nəticəsində nail olub.

Fəxrəddin Vəliyev 1993-cü ilin iyununda yaranmış ağır vəziyyətdə xalqın təkidli tələbi ilə Ulu öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını, Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Milli Qurtuluş Günündən başlayan inkişaf yolumuzun 2003-cü ildən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini söyləyib.

Sonra çıxış edən partiya fəalları da Ulu Öndərin siyasi fəaliyyətini hadisələrin xronoloji təhlili ilə diqqətə çatdıraraq qeyd ediblər ki, bu gün bütün Azərbaycan xalqı dövlətçilik salnaməmizin ən uca zirvəsində dayanan tarixi hadisəni- Milli Qurtuluş Gününü böyük sevinclə qeyd edir. Milli qurtuluşdan başlanan yolun zirvəsində tarixi Zəfərimiz dayanır. Əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan və inkişafı hədəfləyən uğurlu dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2020-ci ildə baş vermiş Vətən müharibəsində qazanılan şanlı qələbə nəticəsində 30 ilə yaxın müddətdə işğal altında qalmış torpaqlarımızın azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024