Mobil versiya
Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının növbəti fəaliyyəti həyata keçirilmişdir - FOTOLAR
Tarix: 10-06-2022 | Saat: 11:19
Bölmə:Ölkə | çapa göndər

Xəzər Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının növbəti fəaliyyəti həyata keçirilmişdir

Fəaliyyət Xəzər Rayon Gənclər və İdman İdarəsi, Xəzər Gənclər Evi, Şağan Mədəniyyət Mərkəzi və 156 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə keçirilmişdir.

İyunun 9-da Şura üzvləri rəssam Ümüd Həsənlinin Şağan Mədəniyyət Mərkəzində yerləşən emalatxanasına ekskursiya etmiş və orada taxtadan olan quş damlarının üzərində müxtəlif rəsmlər çəkərək ekoloji fəaliyyət həyata keçiriblər.

Fəaliyyət çərçivəsində hazırlanmış quş damları Xəzər rayonu 156 saylı tam orta məktəbin həyətində ağaclardan asılmışdır.

Qeyd edək ki, "5 rayonda Gənclərin Yerli Məşvərət Şuralarının Yaradılması layihəsi" Avropa İttifaqının maliyyə dəstəyi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və UNİCEF-in texniki dəstəyi, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (NAYORA) təşkilatçılığı ilə həyata keçirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024