Mobil versiya
Xəzər rayonunda fiziki əngəlli şagirdlərdən ibarət sinifin buraxılış tədbiri keçirilib - FOTOLAR
Tarix: 09-06-2022 | Saat: 10:41
Bölmə:Ölkə | çapa göndər

Xəzər rayonunda fiziki əngəlli şagirdlərdən ibarət sinifin buraxılış tədbiri keçirilib

Bu gün Azərbaycanda həyata keçirilən dövlət uşaq siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub və bu siyasət hazırda Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən məqsədyönlü şəkildə davam etdirilir. Uşaqların müdafiəsi, onların davamlı olaraq böyüklərin diqqəti və qayğısı ilə əhatə olunması məsələsi Azərbaycanda bütün dövrlərdə istər dövlətin, istərsə də cəmiyyətin başlıca məqsəd və vəzifələrindən biri olub. Azərbaycan cəmiyyəti həmişə uşaqlara qarşı məhəbbətlə yanaşıb, onların sağlam və gümrah, eyni zamanda, savadlı və vətənpərvər böyümələri üçün hər cür şərait yaradıb. Əlbəttə ki, bu gün ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan bəhs edərkən Heydər Əliyev Fondunun xidmətlərini xüsusi olaraq qeyd etməmək mümkün deyil. Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa humanizm pirinsiplərinə əsaslanan bütün fəaliyyəti insanlara və ilk növbədə bütün uşaqlara xeyirxahlıq göstərmək missiyasını daşıyır. Bu istiqamətdə ölkənin birinci xanımı Mehriban xanım Əliyevanın bilavasitə təşkilatçılığı ilə həyata keçirilən layihələrin əsasında uşaqlara qayğı xüsusi olaraq öndə dayanır.

Əlbəttə ki, ölkəmizdə həyata keçirilən dövlət uşaq siyasətinin prioritet istiqamətlərindən biri də fiziki əngəlli uşaqların xüsusi diqqət və qayğı ilə əhatə olunmaları, onların cəmiyyətin həyatında tamhüquqlu iştiraklarına şərait yaradılmasıdır. Unutmaq olmaz ki, fiziki əngəlli uşaqlar adətən bir çox istedada sahib olurlar. Onların yaradıcılığının və zəkasının məhsulu olan çoxlu sayda nümunələr mövcuddur. Bizim borcumuz isə, bu istedadların inkişaf etməsinə münbit şərait yaratmaqdır.

Bu gün paytaxtın Xəzər rayonunda da fiziki əngəlli uşaqların diqqət və qayğı ilə əhatə olunmaları məqsədilə dövlət qurumları tərəfindən mütəmadi olaraq müxtəlif tədbirlər keçirilir. İyun ayının 8-də rayonun Binə qəsəbəsində yerləşən S.Abbasov adına 117 saylı tam orta məktəbdə fiziki əngəlli (autizm) şagirdlərdən ibarət sinifin buraxılış tədbiri keçirilib. Tədbirdə Xəzər rayonu Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, 117 saylı məktəbin direktoru Vələddin Nurəddinov, direktor müavinləri, valideynlər iştirak etmişlər. Tədbirin sonunda Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev şagirdlərə müxtəlif hədiyyələr təqdin edib və onlara gələcək təhsillərində uğurlar diləyib. Tədbirdə iştirak edən valideynlər övladlarına göstərilən bu qayğıya görə minnətdarlıqlarını bildiriblər.

AIA.Az






Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
20-09-2024