Mobil versiya
Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini
Tarix: 07-06-2022 | Saat: 19:17
Bölmə:İqtisadiyyat | çapa göndər

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini

Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək.
AİA.Az-ın məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib.
Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir.
"Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır", - deyə o bildirib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-11-2024