Ana Sayfa > İqtisadiyyat > Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini
Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək - Baş nazir müavini7-06-2022, 19:17. Yazar: admen |
Serbiya Azərbaycandan qaz əldə etmək üçün həcmləri rezerv edəcək. AİA.Az-ın məlumatına görə, bunu Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç deyib. Onun sözlərinə görə, Rusiya Serbiyaya ildə 2,2 milyard kubmetr qaz tədarük edir, amma ölkədə illik qaz istehlakı təxminən 3 milyard kubmetr təşkil edir. "Qalan fərq qismən Macarıstandakı qaz anbarından təmin olunacaq. Gələn il biz həm də təxminən 40 faiz qazı Niş-Dimitrovqrad qaz xətti ilə ala biləcəyik. Biz gözləyirik ki, bu, ilk növbədə Azərbaycan qazı olacaq. Artıq qaz xəttinin tikintisinin başa çatacağı dövr üçün tədarük həcmlərinin rezervləşdirilməsi üçün danışıqlar aparılır", - deyə o bildirib. Geri dön |