Mobil versiya
Bakıda adam oğurlandı - Polis hərəkətə keçdi
Tarix: 18-05-2016 | Saat: 11:17
Bölmə:Cəmiyyət | çapa göndər

Bakıda adam oğurlandı - Polis hərəkətə keçdi



Bakıda daha bir adam oğurluğu faktı qeydə alınıb.


Aia.az bildirir ki, Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Rizvan İsrafil oğlu Məmmədrzayev polisə ərizə ilə müraciət edərək dostu, Tovuz rayon sakini, 1978-ci il təvəllüdlü Mustafa Asif oğlu Qarayevin dörd nəfər naməlum şəxs tərəfindən "VAZ-2106” markalı, 10 HE 380 dövlət nömrə nişanlı avtomobilə zorla əyləşdirilərək qaçırıldığını bildirib.

M. Qarayev bir neçə gün girov saxlanıldıqdan sonra sərbəst buraxılıb.

Daxil olan şikayət əsasında Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Qeyd edək ki, bir müddət əvvəl Bakının Sabunçu rayonunda özünü İŞİD üzvü kimi təqdim edən şəxs 8 yaşlı uşağı oğurlamışdı.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
24-04-2024