Vasif Əliyev: ”Ulu Öndər Heydər Əliyev Azərbaycanı ikinci dəfə öz müstəqilliyini itirmək təhlükəsindən xilas etdi”
Tarix: 06-06-2022 | Saat: 12:15
Bölmə:Gündəm | çapa göndər
Azərbaycan xalqının ötən əsrdə iki dəfə öz müstəqilliyini elan etməsi son dərəcə maraqlı tarixi faktdır. Bir tərəfdən bu fakt xalqın azadlıq və müstəqillik sevgisindən xəbər verir. Digər tərəfdən isə məhz Azərbaycanın təcrübəsində biz bi daha əmin ola bilirik ki, zəngin təbii və iqtisadi sərvətlərə malik olan, vacib strateji geosiyasi məkanlarda yerləşən ölkələrdə müstəqilliyin qorunub saxlanılması həqiqətən də onun əldə edilməsindən daha çətin və mürəkkəb olur. Məhz bu göstəricilər 1920-ci ildə Azərbaycanın Sovet Rusiyası tərəfindən işğalını və Demokratik Respublikanın süqutunu şərtləndirən əsas amillər kimi çıxış etmiş oldu.
Bir tarixi həqiqətdir ki, eyni aqibət Azərbaycanı ötən əsrin sonlarında, 1991-ci ildə xalqımız öz müstəqilliyini ikinci dəfə bəyan etdikdən sonra da gözləyirdi. Belə ki, müstəqilliyimizin ilk iki ilində yeni yaradılmış müstəqil dövlətə liderlik xüsusiyyətlərinə malik olmayan, siyasi hadisələrə qiymət vermək, gələcəyi görmək imkanlarından məhrum olan, adi vəziyyətdən belə çıxış yolu tapmağa qadir olmayan şəxslərin rəhbərlik etməsi ağır fəsadlara yol açmışdı. Bir tərəfdən də Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Ölkəni bu ağır vəziyyətdən 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin qeyd etdiyi kimi “Belə bir çətin anda, çətin dövrdə xalqımızın müdrikliyi bir daha özünü göstərdi. Xalqın təkidi və tələbi ilə ümummilli liderimiz Heydər Əliyev Azərbaycana qayıtdı, xalq onu Prezident seçdi və ondan sonra ölkəmizin inkişaf dövrü başlandı. Bütün xoşagəlməz meyllərə son qoyuldu, sabitlik, ictimai asayiş bərqərar olundu, qeyri-qanuni silahlı dəstələr tərksilah edildi. Bir sözlə, Azərbaycan inkişaf yoluna qədəm qoydu”.
Birmənalı olaraq qeyd edilməlidir ki, Azərbaycanın 1969-cu ildən bəri yaşanan dövrü xalqımızın tarixinə Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. 1969-cu ildə Heydər Əliyevin hakimiyyətə gəlişindən etibarən respublikamızın həyatında ictimai-siyasi proseslər və iqtisadi islahatlar müsbətə doğru radikal dəyişikliklərə təkan vermişdir. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər öz miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ölkəmizin müstəqilliyinin və dünya iqtisadiyyatına dərin inteqrasiyası proseslərinin hazırkı möhkəm təməli Heydər Əliyev tərəfindən həmin illərdə yaradılmış potensiala əsaslanır.
Müstəqilliyin ilk illərində isə ölkəmiz həm də ciddi iqtisadi problemlərlə üz-üzə qalmışdı. Belə ki, sosializm sistemindən bazar iqtisadiyyatına keçid qeyri-peşəkar aparılır, ciddi sosial-iqtisadi, maliyyə problemlərinə yol açırdı. Ölkədə yaranan bu vəziyyətdən müəyyən qruplar öz məqsədləri üçün istifadə edirdilər. Bank sektorunda yüzlərlə bank fəaliyyət göstərir, qısa zamanda müflisləşərək vətəndaşların inamını puç edirdilər. Ölkəni bu ağır iqtisadi vəziyyətdən də 1993-cü ildə xalqın istəyi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev çıxardı. Məhz Heydər Əliyev dühası Azərbaycan xalqını, Azərbaycan dövlətçiliyini, Azərbaycanın iqtisadiyyatını dağılmaq, məhv olmaq təhlükəsindən xilas etdi. Ən əsası isə, bunun üçün ümummilli liderimizə o qədər də uzun bir vaxt tələb olunmadı.
1994-cü ildə Heydər Əliyevin neft strategiyasının reallaşdırılmasını təmin edən “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycan xalqının öz maddi sərvətlərinin, o cümlədən neftinin həqiqi sahibi kimi çıxış etməsinin təntənəsinə çevrilmişdir. Bu müqavilə ölkəmizin tarixində yeni dövr açmış, dinamik inkişafın təməlini təşkil edərək müstəqilliyimizin iqtisadi bünövrəsinin möhkəmlənməsi və Azərbaycanın bu gün dünyada analoqu olmayan templə davamlı inkişafı üçün zəmin yaratdı. Qısa müddətdə Azərbaycan kiçik xammal respublikasından böyük sənaye mərkəzinə çevrildi. Milli mənəvi dəyərlər inkişaf etdi, Azərbaycan vətəndaşı bir şəxsiyyət kimi yetişdi. 1993-cü ilin ikinci yarısından başlayaraq aparılan ardıcıl və məqsədyönlü siyasət nəticəsində ictimai-siyasi sabitliyin təmin olunması, istehsalda yaranmış geriləmə proseslərinin qarşısının alınması və digər tədbirlərdən sonra iqtisadiyyatda tənəzzül tədricən aradan qaldırıldı və bununla da Azərbaycanın iqtisadi inkişafının mahiyyətcə yeni mərhələsinin təməli qoyuldu.
Əldə olunan makroiqtisadi sabitlik, sənayedə və digər sahələrdə iqtisadi göstəricilərin artımı, həyata keçirilən genişmiqyaslı iqtisadi islahatların ilkin nəticələri aparılan siyasətin düzgünlüyünü və Azərbaycanın bazar iqtisadiyyatı yolunda inamlı addımlarını təsdiq edirdi. Dövlət müstəqilliyinin bərpasından sonra ötən qısa tarixi dövrdə xalqımızın ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və gərgin fəaliyyəti nəticəsində ölkəmizin sosial-iqtisadi inkişafı və dünya təsərrüfat sisteminə inteqrasiyası sahəsində uğurlu nailiyyətlər əldə olundu. Prezidentliyinin ilk mərhələsində həyata keçirdiyi islahatlar, böhran içərisində qalan Azərbaycanın iqtisadiyyatının gücləndirilməsi istiqamətində apardığı genişmiqyaslı quruculuq işləri xalqın gələcəyə olan inamını doğrultmaqla ölkəmizin dünya birliyinə açılan yoluna işıq saldı.
1996-cı ildə ümummilli lider Heydər Əliyevin birbaşa təşəbbüsü ilə torpaq islahatları proqramı hazırlandı və bu proqram əsasında torpaq islahatlarının həyata keçirilməsini təmin edən hüquqi baza yaradıldı. Azərbaycan MDB-də torpaq islahatlarına start verən ilk ölkə oldu. Ulu öndərin müəyyənləşdirdiyi strategiyaya əsasən, digər ölkələrdən fərqli olaraq respublikamızda torpaqlar vətəndaşlara pulsuz olaraq əvəzsiz verildi. MDB-nin digər ölkələrindən fərqli olaraq Azərbaycan vətəndaşları yararsız və ya az yararlı torpaqlarla deyil, keçmiş kolxoz və sovxozların ən yararlı və münbit torpaqları ilə təmin olundular. Ən böyük nailiyyət isə ondan ibarət oldu ki, ölkədə müstəqil dövlət quruculuğu prosesinin həyata keçirildiyi bu dövrdə iqtisadi islahatların mahiyyətcə tam yeni bir modeli – Azərbaycan modeli meydana gəldi. Artıq 2003-cü ildən başlayaraq, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhz bu iqtisadi modelin inkişafının yeni mərhələsinə keçid reallaşdı.
Bu gün Heydər Əliyev siyasi kursunu ölkəmizdə uğurla davam etdirən Prezident İlham Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycanda əsaslı islahatlar həyata keçirilir. Digər tərəfdən isə Vətən müharibəsində əldə olunmuş möhtəşəm tarixi Qələbə və ölkənin ərazi bütövlüyünün təmin edilməsilə Cənubi Qafqazda yaranmış yeni reallıqlar Azərbaycanın qarşısında tamamilə yeni, daha geniş iqtisadi inkişaf perspektivləri açır. Heç bir şübhə yoxdur ki, xalqımız möhtərəm dövlət başçımız İlham Əliyevin rəhbərliyi altında bu imkanları reallaşdıracaq və Azərbaycan qısa zaman ərzində dünyanın ən qüdrətli ölkələrindən birinə çevriləcək.
Vasif Əliyev,
Göygöl Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025