Türkiyə -Azərbaycan dostlugu sarsılmazdır, əbədidir, dünyaya bir nümunədir.
Tarix: 05-06-2022 | Saat: 19:15
Bölmə:Gündəm | çapa göndər
28 may 2022 - ci il tarixində- xalqımız üçün əlamətdar olan müstəqillik günündə Bakı dünyanın diqqət mərkəzinə çevrilərək ilk dəfə olaraq Türkiyə sərhədlərində kənarda keçirilən “TEKNOFEST Azərbaycan” Aerokosmik və texnologiya festivalına yüksək sevinc hissi ilə ev sahibliyi etmişdir. Azərbaycan və Türkiyə dövlət başçılarının öz ailə üzvləri ilə birlikdə festivalda iştirak etmələri tədbiri daha da möhtəşəm etmişdir. Festivalda çıxış edən ölkə Prezidenti cənab İlham Əliyev yüz dörd il əvvəl müsəlman aləmində Azərbaycan xalqı ilk Xalq Cümhuriyyətini qurmasını tariximizin əlamətdar səhifəsi olduğunu qeyd etmişdir. Eyni zamanda bildirilmişdi ki, Azərbaycan Xalq Cümhuriyyətinin ömrü uzun olmadı, iki ildən sonra süqut etdi və Azərbaycan öz müstəqilliyini itirdi. Yalnız 1990-cı illərin əvvəlində Azərbaycanın dövlət müstəqilliyi yenidən bərpa edildi ki, artıq 30 ildir Azərbaycan xalqı azad yaşayır.
Çıxışı zamanı dövlət başçısı xüsusilə vurğulamışdır ki, 30 il ərzində qardaş Türkiyə daim Azərbaycanın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir ki, bu dostluğu və qardaşlığı heç bir qüvvə sarsıda bilməz.
Dövlət başçısının çıxışında Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün əsas yol istiqaməti olduğu bildirilərək, Azərbaycan və Türkiyənin daim bir-birinə dəstək göstərdiyi qeyd olunaraq: “ Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanındadır. Nə qədər Türkiyə və Azərbaycan bir yerdə inamla addımlasa, bölgəmizdə sülh və barış o qədər də möhkəm olacaqdır” deyə qeyd etməsi xalqlarımız tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.
Ölkə Prezidentinin çıxışında xüsusilə vurğulanmışdır ki, ikinci Qarabağ müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” deməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq;
Dövlət başçısının çıxışında qeyd edilmişdir ki; “Tariximizin ən önəmli anlarında biz bir yerdə idik. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını biz 2021-ci ildə Zəfər paradında gördük. Bu, birliyimizin təntənəsi idi. Biz bir yerdə olacağıq, gücümüz də gündən-günə artacaq” ki, deyə vurğulaması isə bütün dünyaya verilən mesaj idi.
Hər iki dövlət arasında Tarixi Şuşa Bəyannaməsini imzalayaraq Türkiyə və Azərbaycan rəsmən müttəfiqlik zirvəsinə ucaldı. Bu müttəfiqlik özünü hər yerdə göstərir –siyasətdə, iqtisadi əlaqələrdə, enerji, nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyətdə, təhsildə, ordu quruculuğu istiqamətində deyə bildirilmişdir.
Ölkə rəhbərinin çıxışında qəti inamla bildirmişdir ki: ”Bundan sonra da Türkiyə və Azərbaycan yüksələn xətlə ancaq və ancaq irəliyə gedəcəkdir. Azərbaycan və Türkiyə beynəlxalq güc mərkəzləridir. Türkiyənin artan gücü Azərbaycanı gücləndirir və hər iki ölkə bir-birinə güc qataraq dünya miqyasında güc mərkəzinə çevrilir” ki, bu da xalqlarımız da hər iki dövlət başçısına minnətdarlıq hissi ilə qarşılanır.
Festivalda ölkə Prezidenti Azərbaycan xalqının və dövlətinin milli maraqlarının müdafiə olunmasını və Azərbaycanın müstəqil siyasət aparmasını dövlət siyasətinin mütləq prioritetləri olduğunu da xüsusilə vurğulamışdır.
Ölkə Prezidenti cənab İlham Əliyevin çıxışında: “Türk dünyasının böyük oğulları, dünya şöhrətli alim, Nobel mükafatı laureatı Əziz Səncər və “TEKNOFEST”in təşkilatçısı, İkinci Qarabağ savaşında öz sözünü demiş məşhur “Bayraktar” PUA-ların ixtiraçısı Selçuk Bayraktarın Azərbaycana bir arada təşrif buyurmaları əlamətdar hadisədir. Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir - həm alim, həm vətəndaş, həm türkçü, həm vətənpərvər insan.Selçuk Bayraktar da gənclər üçün gözəl örnəkdir, nümunədir. Əminəm ki, bizim gənclərimiz Selçuk bəy kimi olmağa çalışacaqlar” deyə gənclərə dəyərli tövsiyələri ölkə gəncləri kimi laçınlı gənclər tərəfindən də birmənalı qarşılanmışdır.
Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan
festivalda çıxış etmişdir
Çıxışına cari il Türkiyə-Azərbaycan diplomatik əlaqələrinin 30 illik yubileyi ilidir deyə başlayan Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan: “1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur kimi qeyd edərək bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq” deyə vurğulaması bu dostluğun və qardaşlığın tarixi köklərinə bir daha nəzər salır.
Tarixi Şuşa Bəyannaməsi qardaşlıq əlaqələrimizi strateji müttəfiqlik səviyyəsinə çatdırdı deyə qeyd edən Türkiyə dövlət başçısı: Enerjidən mədəniyyətə, müdafiədən ticari, iqtisadi və bəşəri münasibətlərə qədər uzanan geniş bir sahədə güclü əməkdaşlıqlar quruldu. İkitərəfli əlaqələrimiz təkcə bölgəyə deyil, bütün dünyaya nümunə ola biləcək bir səviyyəyə çatdığını mənmunluq hissi ilə qeyd etmişdir.
Dövlətlərimiz arasında qurulan münasibətlərin sarsıtmaz birlik olduğunu qeyd edən Rəcəb Tayyib Ərdoğan: “Azərbaycan və Türkiyə birliyi təzyiqlə, təhdidlə qorxudulanlardan olmayıb və əsla olmayacaq. İşğala və haqsızlığa qarşı hər şəraitdə doğru olanı söyləməkdən, haqlı mübarizəmizi müdafiə etməkdən geri durmadıq və durmayacağıq” deyə bildirərək bu birliyi əngəlləyəcək hər hansı qüvvəyə qarşı barışmaz olacaqlarını vurğulamışdır.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında, bir millətin övladları anlamına diqqət çəkərək: “Hər iki dövlətin xalqları tarixi, mədəniyyəti və mədəni dəyərləri ilə seçilən böyük bir millətin övladlarıdır. Harada zülm, haqsızlıq, ədalətsizlik varsa səsini ucaldan, bütün gücü ilə mübarizəyə qalxan ürəkli bir millətin nümayəndələriyik” deyə bildirmişdir.
Çıxışında, Qarabağ Zəfəri millətimizin qəhrəmanlıq dastanlarının ən son örnəyi kimi dəyərləndirən Türkiyə dövlət başçısı: “Azərbaycan Silahlı Qüvvələrinin igid mənsubları Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. 44 günlük Vətən müharibəsi ağıl, texnologiya və cəsarət bir araya gəldikdə nələrin edilə biləcəyini bütün dünyaya göstərmişdir” deyə fəxarət hissi ilə qeyd etmişdir.
Şuşa Bəyannaməsinin əhəmiyyətinə bir daha münasibət bildirən cənab Rəcəb Tayyib Ərdoğan: “Şuşa Bəyannaməsində müdafiə sənayesi sahəsində ortaq araşdırma və istehsal fəaliyyətlərinin reallaşdırılması da nəzərdə tutulub” deyə bildirərək qarşılıqlı əməkdaşlığın daha da genişləndiriləcəyini bildirmişdir.
İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
31-01-2025