Mobil versiya
Bu gün Göygöl rayonunda Vətən Müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü qeyd olunmuşdur. - FOTOLAR
Tarix: 04-06-2022 | Saat: 16:15
Bölmə:Gündəm | çapa göndər

Bu gün Göygöl rayonunda Vətən Müharibəsi şəhidi Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü qeyd olunmuşdur.

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğlu Mustafayev Elvin Fəxrəddin oğlunun ildönümü mərasimində Göygöl rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərinin icraçısı Turani Əliyev, YAP Göygöl rayon təşkilatının sədri Vüqar İsayev, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəhidlər xiyabanında şəhid Elvin Mustafayevin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri qoyulub, müqəddəs ruhuna dualar oxunub.
Anım tədbirində 44 günlük Vətən müharibəsindən söz açan mərasim iştirakçıları Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan Şanlı Qələbədən, şəhid Elvin Mustafayevin döyüşlərdə göstərdiyi qəhrəmanlıqlardan və şücaətdən bəhs ediblər, məktəblilər tərəfindən hazırlanmış kompozisiya nümayiş olunub və şeirlər səsləndirilib.

AİA.Az xəbər verir ki,
sonda şəhidin ailə üzvlərinə baş çəkilmiş, onların qayğıları ilə maraqlanılmışdır. Şəhidin ailə üzvləri hər zaman dövlət qayğısı ilə əhatə olunduqlarına görə razılıqlarını ifadə edib, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
Şəhid Mustafayev Elvin Fəxrəddin oğlu 14 mart 1992-ci ildə anadan olmuşdur.Göygöl rayon Hacıməlik qəsəbəsində 8 mart ümumi orta məktəbinin 9-cu sinfini bitirmişdir. Elvin Mustafayev 2013-cü ildə Astara Pedaqoji Kollecinə daxil olub, həmin kolleci 2016-cı ildə müvəffəqiyyətlə bitirmişdir.
2010-cu ilin aprel ayından 2011-ci ilin oktyabr ayınadək “N” saylı hərbi hissədə həqiqi hərbi xidmət keçmişdir.2020-ci ildə “N” saylı hərbi hissədə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmətə başlamışdır.

27 sentyabr 2020-ci ildə 44 günlük Vətən müharibəsi başlayan zaman döyüşlərdə iştirak etmiş Elvin Mustafayev 27 sentyabr 2020-ci il tarixdə Kəlbəcər rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.Ölkə Prezidentinin Sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda”, “ Cəsur döyüşçü” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib. Şəhidin özündən sonra Vətənə əmanət qoyduğu üç övladı yadigar qalıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025