Mobil versiya  Bazar günü, 2 mart 2025, 21:44:12  
Deputat Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib - FOTOLAR
Tarix: 03-06-2022 | Saat: 17:15
Bölmə:Gündəm | çapa göndər

Deputat Könül Nurullayeva növbəti səyyar görüşünü keçirib


Milli Məclisin deputatı Könül Nurullayeva R. Rüstəmov küçəsi 66, 68, 70 ünvanlarında yaşayan Nizami rayon sakinləri ilə görüş keçirərək onların təklif və problemlərini dinləyib, vətəndaşların rastlaşdığı gündəlik problemlərin həlli istiqamətində müvafiq tapşırıqlar verib.

Görüş zamanı səsləndirilən müraciətlər arasında binaların dam örtüyünün təmirə ehtiyacının olması, məhəllənin abadlaşdırılması, məhəllədə yerləşən stadionun əsaslı təmiri, həmin ərazidə olan yaşıllığın və ağacların qorunması üçün su xəttinin çəkilməsi, vətəndaşların işlə təmin olunması və s. bu kimi məsələlər başlıca yer almışdır.

Görüş sonunda millət vəkili K.Nurullayeva sakinlər tərəfindən qaldırılan məsələlərə dair araşdırmanın aparılacağını və qeyd olunan problemlərin həlli istiqamətində müvafiq addımların atılacağını seçicilərinin diqqətinə çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-02-2025