YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun “Dövlətçilik” mövzusunda növbəti tədbiri keçirilmişdir. - FOTOLAR
Tarix: 03-06-2022 | Saat: 09:23
Bölmə:Gündəm | çapa göndər

AİA.Az xəbər verir ki, YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun “Dövlətçilik” mövzusunda növbəti tədbiri keçirilmişdir.
“İdeoloji maarifləndirmə konsepsiyası” ilə bağlı YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvü, şəhər 3 saylı tam orta məktəbin direktoru Səfurə Hümbətovanın təşkilatçılığı ilə keçirilən tədbir həmin məktəbin şagirdlərinin dövlətçiliklə bağlı hazırladıqları kompozisiyaya və əl işlərindən ibarət sərgiyə baxışla başlamışdır.
Tədbir rayonun şəhid anaları, qazilər, müxtəlif kateqoriyadan olan iş adamları, media, özəl sektor, yerli təşkilatların iştirakı ilə keçirilmişdir. Torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.
Səfurə Hümbətova dövlətçilik mövzusunun mahiyyəti ilə bağlı məruzə söyləmiş, 28 May Müstəqillik Günündən, Ulu Öndər Heydər Əliyevin dövlətimizi xilaskarlıq xidmətlərindən, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dövlətçilik tariximizə bəxş etdiyi qələbələrdən danışmışdır. Tədbir diskussiya şəraitində keçmişdir.
Sonra şəhid anası Radə Qurbanova, Zibeydə Zeynalova, YAP Bərdə rayon təşkilatı təbliğat qrupunun üzvləri Tofiqə Məmmədova, Mehparə Mustafayeva, Etibar Hüseynova, Aynurə Eyyubova, həmçinin Kamil Hacıyev, Həmidə Mahmudova, Aymirə Baxşəliyeva, Vətən müharibəsi iştirakçısı Elçin Əliyev çıxış etmişlər.
Sonda YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya yekun nitqi söyləmişdir. O çıxışına Ulu Öndər Heydər Əliyevin müstəqilliyimiz əbədidir, sarsılmazdır, dönməzdir sözləri ilə başlamışdır. Bu gün möhtərəm Prezidentimiz müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalq, ordu, iqtidar birliyi nəticəsində torpaqlarımızın bütövləşməsindən, müstəqilliyimizin möhkəmləndirilməsindən, dövlətimizin inkişafından danışmışdır.
Tədbirin davamı olaraq Vətən müharibəsi şəhidi polkovnik leytenant Mehman Qənbərovun ailəsinə baş çəkilmiş, yaxınları ilə görüş keçirilmişdir. Tədbirdə şəhid ailələrinə göstərilmiş diqqət və qayğıdan danışılmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə, ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevaya şəhid ailələri adından minnətdarlıq ifadə olunmuşdur.

Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-03-2025
28-02-2025