Mobil versiya
Prezidentin Zəngilan səfəri Azərbaycanın diplomatik uğurları ilə yanaşı genişmiqyaslı quruculuq işlərinin də göstəricisidir
Tarix: 31-05-2022 | Saat: 16:40
Bölmə:Gündəm | çapa göndər

Prezidentin Zəngilan səfəri Azərbaycanın diplomatik uğurları ilə yanaşı genişmiqyaslı quruculuq işlərinin də göstəricisidir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının Zəngilan rayonuna son səfəri ilə Şərqi Zəngəzura qayıdışımızın əsası qoyuldu. Amma bunadək görülən işlər xalqın yaddaşından heç zaman silinməyəcək. Bu səfər ilk növbədə birinci vitse-prezident Mehriban xanım Əliyevanın Prezident İlham Əliyevin Zəngilan səfərindən paylaşdığı video ilə trendə çevrildi. Videoda Müzəffər Ali Baş Komandan çay kənarında əyləşərək düşünür! Bu görüntünün dəyəri qiymətsizdir. Çünki, təxminən il yarım bundan əvvəl o çayın kənarında gərgin döyüşlər gedirdi, qeyrətli Vətən oğullarımız öz şücaəti ilə torpaqlarımızı yağı düşməndən qarış-qarış təmizlədi. Azərbaycan əsgəri 30 illik Vətən həsrətinə qan tökərərək son qoydu. İndi isə Prezident həmin yerdə oturub 30 il ərzində itirdiklərimizi və qazandıqlarımızı düşünürdü.

Prezidentin Zəngilana səfəri 28 may Müstəqillik günü ərəfəsinə təsadüf etdi. Bu səfər zamanı Zəngilanda Ağalı kəndinin açılışının edilməsi ilə Şərqi Zəngəzura qayıdışımızın təməli atıldı. Ağalı kəndinin Müstəqillik günü ərəfəsində edilməsi özü də bir rəmzi məna daşıyır. Burada ucaldılan bayraq bir daha enməyəcək. Xalqımızın ruhunu daim ucalara qaldıracaqdır. Bundan sonra Zəngilandakı ağıllı kənd və qəsəbələr ölkəmizin iqtisadi inkişafında özünəməxsus yerə malik olacaq. Ağalıda 200 ev tikilib, gözəl bir kənd salınıb. Daha 150 ev tikilərək kənd genişləndiriləcək. Kənddə məktəb, bağça, tibb məntəqəsi, ASAN, DOST, kiçik və orta biznesə dəstək xidmətləri mövcuddur. Bu bir daha sübut edur ki, il yarım bundan əvvəl işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları ilə yanaşı infrastruktur layihələri dayanmadan genişlənir. Zəngilanda tikintisi həyata keçirilən hava limanının inşaat işləri bu il yekunlaşacaq və istifadəyə veriləcək. Rayon ərazisində böyük aqropark salınıb, ilk məhsul bu il götürüləcək. Təbii ki, bu işlər böyük zəhmət və maliyyə vəsaiti hesabına başa gəlir ki, bunu Azərbaycan dövləti öz vəsaitləri hesabına reallaşdırır. Azad edilmiş ərazi dörd Lüksemburq qədərdir. Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində işğaldan azad edilmiş torpaqlar tezliklə ölkəmizin və bəlkədə Qafqazın ən abad bölgəsi olacaqdır.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev cənablarının rəhbərliyi altında həyata keçirilən genişmiqyaslı quruculuq işləri ilə yanaşı həm də diplomatik sahədə bir sıra uğurlara nail oluruq. Ermənistanla Azərbaycan arasında sərhədlərin müəyyənləşdirilməsi məqsədi ilə hər iki tərəfdən kommissiyanın yaradılması və rəsmi İrəvanın Zəngəzur dəhlizinin – həm dəmiryolu, həm də avtomobil yolunun - açılmasına dair ilkin razılığını bildirməsi hadisələrin gedişatında Azərbaycanın diktə edən tərəf olduğunu göstərir. Azərbaycan öz haqq səsinin dünyaya çatdırılması istiqamətində səylərini daha da gücləndirmək əzmindədir. Davam etdirilən siyasət bunun sübutudur.

İlqar İlyasov,
YAP Laçın rayon təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025