Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan-Türkiyə birliyi yeni dünya düzənində öz yeri və çəkisi olacaq bir güc mərkəzidir”
Tarix: 31-05-2022 | Saat: 16:35
Bölmə:Manşet / Siyasət / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan-Türkiyə birliyi yeni dünya düzənində öz yeri və çəkisi olacaq bir güc mərkəzidir”

“May ayının 26-dan 29-dək Bakıda keçirilmiş möhtəşəm “Teknofest Azərbaycan” Aerokosmik və texnologiya festivalı bir çox məqamları ilə bütün dünyanın diqqətini özünə çəkdi. İlk növbədə əlbəttə ki, Azərbaycanın bu festivala ev sahibliyi etməsi ölkəmizin artıq yüksək texnologiyalar sahəsində əldə olunmuş nailiyyətlərlə kifayətlənməyəcəyinə və bu istiqamətdə dinamik inkişafın təmin olunması üçün bütün lazımi resurs və potensialları səfərbər etməkdə qərarlı olduğuna dair hər kəsdə əminlik yaratmış oldu. Xatırlatmaq yerinə düşər ki, Azərbaycan ilk dəfə “Teknofest” festivalında 2021-ci ildə iştirak edib. İstanbulda keçirilən “Teknofest-2021”-də Azərbaycanın 200 kvadratmetlik ərazidə quraşdırdığı pavilyonda ölkəmizi Rabitə və Yüksək Texnologiyalar, Müdafiə Sənayesi və Müdafiə nazirlikləri təmsil etmişdi. Artıq o zaman Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin “İti qovan”, “Orbiter 2”, “Orbiter 3”, “Orbiter 4” kimi pilotsuz uçuş aparatları böyük marağa səbəb olmuşdular. Lakin bütün bu faktlarla yanaşı “Teknofest Azərbaycan”ın ən böyük özəlliyi tədbirin siyasi mahiyyət daşıyan məqamları ilə bağlı oldu.”

Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Deputat qeyd edib ki, bu gün dünyanın bütün siyasi dairələrinin gündəmində olan Türkiyə - Azərbaycan strateji müttəfiqliyi yeni dünya düzənlənməsində Türk amilinin getdikcə daha çox hər kəsin hesablaşmalı olacağı gücə çevrildiyinin daha bir göstəricisi kimi qiymətləndirilir: “Bu Festival iki dost və qardaş ölkə, strateji müttəfiqlər olan Azərbaycan və Türkiyənin arasında mövcud olan birliyin və sarsılmazlığın növbəti dəfə bütün dünyaya nümayişi oldu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıda ilk dəfə keçirilən bu festivalda birgə iştirakları əsl qardaşlıq nümunəsi olmaqla bərabər, həm də dünyanın əksər siyasi və güc mərkəzlərinə ünvanlanmış bir mesaj idi. Azərbaycan Prezidenti cənab İlham Əliyev festivalda etdiyi çıxışında məhz bu məqamı xüsusi olaraq vurğulayaraq bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ötən 30 il ərzində qardaş Türkiyə daim ölkəmizin, xalqımızın yanında olub. Biz 30 il ərzində bu dəstəyi, bu qardaşlıq dəstəyini hər zaman hiss etmişik, bu gün də hiss edirik və bu gün Türkiyə-Azərbaycan yenə də bir yerdədir. Əlbəttə ki, Türkiyə-Azərbaycan qardaşlığı, birliyi xalqlarımız üçün inkişaf yolunun əsas istiqamətidir. Azərbaycan və Türkiyə daim bir-birinə dəstək göstərir. Bizim ölkələr yaxşı günlərdə də, çətin günlərdə də hər zaman bir-birinin yanında olurlar. O cümlədən 44 günlük Vətən müharibəsi zamanı Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarında bütün dünyaya “Azərbaycan tək deyil, Türkiyə onun yanındadır” mesajını verməsi Azərbaycana əlavə güc verdi, ruh verdi, inam verdi. Azərbaycan xalqı bunu heç vaxt unutmayacaq. Prezident İlham Əliyev xüsusi olaraq vurğuladı ki, Türkiyə və Azərbaycan yanaşı inamla addımladıqca, bölgəmizdə sülh və əmin-amanlıq da möhkəm və sarsılmaz olacaq. Digər tərəfdən isə Türkiyə-Azərbaycan birliyi təkcə ölkələrimizin deyil, bütün Türk dünyasının gücünə güc qatır, beynəlxalq aləmdə Türk amilinin çəkisini daha da artırır. Artıq yeni dünya nizamının quruculuğunu həyata keçirən bütün qüvvələr də anlayırlar ki, bu yeni düzəndə Türk birliyinin də öz yeri və öz rolu olacaq. Azərbaycan-Türkiyə birliyinin kökləri çox qədimdir. Tariximizin ən önəmli anlarında ölkələrimiz, xalqlarımız bir yerdə olublar. Bakının erməni işğalından azad edilməsinə həsr olunmuş hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Azadlıq meydanına çıxmışdılar. Bunun təkrarını bütün dünya 2021-ci ildə Zəfər paradında gördü. Bu, Azərbaycan-Türkiyə birliyinin əsl təntənəsi idi. Bununla belə, məhz tarixi Şuşa Bəyannaməsini imzalanmasından sonra Türkiyə və Azərbaycan münasibətləri artıq rəsmi olaraq müttəfiqlik zirvəsinə ucaldı. Hazırda bu müttəfiqlik özünü bütün sahələrdə, o cümlədən siyasətdə, iqtisadi əlaqələrdə, enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, mədəniyyət, təhsil, ordu quruculuğu kimi strateji sahələrdə ən bariz şəkildə göstərməkdədir”, - deyə N.Aslanov bildirib.

Həmçinin deputat qeyd edib ki, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışında yer alan önəmli mesajlar Cənubi Qafqaz regionunda hələ də destabillik yaratmaq və təşəbbüsə yiyələnmək xülyasında ola biləcək qüvvələrə açıq-aşkar xəbərdarlıq kimi qiymətləndirilməlidir: “Türkiyə Prezidenti öz çıxışında bir daha ölkələrimiz və xalqlarımız arasında dostluq və qardaşlıq əlaqələrinin tarixi köklərə malik olduğunu vurğulayaraq qeyd etdi ki, 1915-ci ildə Çanaqqalada, 1918-ci ildə Gəncədə, Bakıda və Azərbaycanın digər bölgələrində ürəklərimiz və biləklərimiz ortaq mübarizəmizdə yenidən bərabər olmuşdur. Bizlər kədəri də, sevinci də bir olan, sözdə deyil, əməldə də qardaş olan iki dövlətik, iki xalqıq. Hörmətli Rəcəb Tayyib Ərdoğan Azərbaycan və Türkiyə birliyinin təzyiqlə, təhdidlə qorxudulanlardan olmadığını və bundan sonra da əsla olmayacağını deyərək, Vətən müharibəsində Azərbaycanın əldə etdiyi tarixi Qələbəni türk millətinin qəhrəmanlıq dastanlarının ən son örnəyi kimi dəyərləndirdi və bildirdi ki, Azərbaycan Ordusunun igid əsgər və zabitləri Qarabağda tarixdə bənzərinə az rast gəlinən böyük bir Zəfərə imza atmışlar. Bütün bu baş verənlərin fonunda bölgədə yeni bir səhifə açmağın, dayanıqlı sülhün təmin olunması, etimadın və mehriban qonşuluq əlaqələrinin qurulması, inkişafın sürətlənməsi üçün bütün səyləri birləşdirməyin vaxtı çatdığını artıq hər kəs anlamalıdır”, - deyə Novruzəli Aslanov fikirlərini tamamlayıb.

AİA.Az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-04-2024