Mobil versiya
Buraxılış imtahanlarının keçiriləcəyi tarix AÇIQLANDI
Tarix: 17-05-2016 | Saat: 14:21
Bölmə:Təhsil | çapa göndər

Buraxılış imtahanlarının keçiriləcəyi tarix


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası buraxılış imtahanlarının keçirilmə tarixlərini açıqlayıb.

Aia.az bildirir ki, Komissiyadan Trend-ə verilən məlumata görə, bölgələrdə ilk buraxılış imtahanı iyunun 16-da Lənkəran, Astara, Masallı, Lerik,Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Salyan, Neftçala, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı, Siyəzən rayon və şəhərlərinin məzunları üçün keçiriləcək.

Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Xocavənd, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Sumqayıt, Abşeron, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin və C.Naxçıvanski adına Hərbi Liseyin məzunları üçün buraxılış imtahanı iyunun 21-də, Bakıda iyunun 25-də, Gəncə, Daşkəsən, Göygöl, Samux, Naftalan, Goranboy, Şəmkir, Gədəbəy, Ağstafa, Qazax, Tovuz, Şəki, Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Mingəçevir, İsmayıllı, Şamaxı, Qobustanda isə iyunun 30-da keçiriləcək. Əvvəlki illərin məzunları və eksternat buraxılış imtahanı iyulun 5-də təşkil olunacaq.

Məcburi köçkün rayonlarından olan şagirdlər buraxılış imtahanını orta ümumtəhsil müəssisəsinin yerləşdiyi şəhərdə (rayonda) qeyd edilən qrafikə uyğun olan gündə verəcəklər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
19-04-2024