Mobil versiya
Qardaş bacısını internetdəki şəkillərinə görə bıçaqladı
Tarix: 17-05-2016 | Saat: 13:23
Bölmə:Cəmiyyət | çapa göndər




Şəmkirdə bıçaqlanma hadisəsi baş verib. Hadisə Zəyəm qəsəbəsində qeydə alınıb.

Şəmkir Rayon Polis İdarəsinin Zəyəm Qəsəbə Polis Bölməsindən verilən məlumata görə, qəsəbə sakini, 1991-ci il təvəllüdlü Elçin Pənah oğlu Nəsibov aralarında yaranan mübahisə zəminində bacısı, 1986-cı il təvəllüdlü Səhər Pənah qızı Nəsibovaya 6 bıçaq zərbəsi endirib. Yaralı dərhal Şəmkir Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, vəziyyəti orta ağırdır.

Polis Bölməsindən bildirdilər ki, hadisəyə səbəb Elçin Nəsibovun bacısı səhərin internetdə fotolarını görməsi olub. O, bacısının bu əməlinə əsəbləşib və buna görə də onu bıçaqlayıb.

Bıçaqlanan qadın 3 azyaşlı uşaq anasıdır. Hadisəni törədən E. Nəsibov artıq saxlanılıb.

Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-03-2024