AZ RU Mobil versiya
Gədəbəydə “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirildi - FOTOLAR
Tarix: 26-05-2022 | Saat: 18:09
Bölmə:Gündəm | çapa göndər

Gədəbəydə “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirildi

26 may 2022-ci il tarixində YAP Gədəbəy rayon təşkilatının və Gədəbəy rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılğı ilə Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin 104 illiyinə həsr edilmiş “Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” adlı tədbir keçirildi.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda Şəhid olmuş həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Tədbiri giriş sözü ilə açan Gədəbəy rayon Heydər Əliyev Mərkəzin direktoru Pərviz Bayramov bildirdi ki, Xalqımızın varlığını, böyüklüyünü və mübarizliyini sübut edən tarixi məqamlardan biri Müstəqillik günüdür. 1918-ci ilin 28 May günü Azərbaycan tarixində yeni və silinməz səhifə açımışdır. 104 il bundan əvvəl qurulmuş Xalq Cümhuriyyətinin varisi olan Müstəqil Azərbaycan Respublikası bu gün dünyada özünəməxsus inkişaf yolu ilə seçilən dövlətlərindən birinə çevrilmişdir.

Tədbirdə YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş 1918-ci il mayın 28-i hər bir Azərbaycan vətəndaşının milli qürur hissi duyduğu, arzularının çiçək açdığı bir gün olduğunu diqqətə çatdırdı. 1993-2003-cü illər Azərbaycan tarixinə dirçəliş, inkişaf illəri kimi daxil olub. Ulu öndər Heydər Əliyev demişdi: “ Biz müstəqil Azərbaycan kimi əzəmətli bir abidənin təməlini qoyduq, onu qururuq, yaradırıq. Onu indiki nəsillər üçün yaradırıq, gələcək nəsillər üçün yaradırıq. Bizim üzərimizə şərəfli bir vəzifə düşübdür. Güman edirəm ki hər bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində öz yerini tapacaqdır”

Rüstəm Nağıyev vurğuladı ki, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını öz xalqına bəxş edən Ulu Öndərin qurucusu olduğu müstəqil Azərbaycan getdikcə daha da inkişaf edəcək, qurucusunun adını əbədi yaşadacaq.Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, balanslaşdırılmış xarici siyasət nəticəsində, Şanlı Azərbaycan Ordusu 44 gün davam edən Vətən Müharibəsində işğalçı Ermənistan ordusunu darmadağın edərək Tarixi Zəfərə imza ataraq uzun müddət işğal altında olan torpaqlarımızı işğaldan azad etdi. Bu Azərbaycan xalqının böyük tarixi qələbəsidir. Müstəqil daxili və xarici siyasət həyata keçirən Azərbaycanın yalnız regionda deyil, beynəlxalq miqyasda söz sahibi olan bir ölkə kimi tanınması, Azərbaycan Prezidentinin rəhbərliyi ilə müəyyənləşdirilən və həyata keçirilən hərtərəfli düşünülmüş, müdrik çoxşaxəli siyasət, qazanılmış uğurlar əminliklə söyləməyə əsas verir ki, Azərbaycan dövlət müstəqilliyini bir də heç vaxt əldən verməyəcək, müstəqillik əbədi olacaq.

YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı Anar Məmmədov çıxışında bildirdi ki,Tarixi proseslər, hadisələr deməyə əsas verir ki, müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Heydər Əliyev dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu.

Bu gün Gədəbəy gəncləridə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırdır. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadıqları üçün Ali Baş Komandan İlham Əliyevə minnətdar olan gənclərimiz şəhidlərimizin ruhları qarşısında baş əyir, qazilərimizə, hərbçilərimizə, Vətənin keşiyində duran igid oğullarımıza sağlamlıq, güc-qüvvət arzulayırlar. Məhz Prezident, Ali Baş Komandanımızın və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız 28 May – Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci,Vətən müharibəsi zəfərinin qüruru ilə yaşayır və qeyd edir.

Daha sonra , Gədəbəy rayon Ağsaqqallar Şurasının sədri Kərəm Məmmədov, Gədəbəy rayon İcra Hakimiyyətinin İctimai-Siyasi və Humanitar Məsələlər şöbəsinin müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Qədir Bağırov, Qaradağ kənd ərazi partiya təşkilatının sədri Baxış Nağıyev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gədəbəy nümayəndəliyinin direktoru Kəramət Əsədov çıxışlarında qeyd etdilər ki, AXC cəmi 23 ay fəaliyyət göstərsə də, xalqın azadlıq hərakatında dərin iz qoydu. Azərbaycanın müstəqil dövlətçilik ənənələrini davam etdirdi. Azərbaycan Xalq Cümhuriyyətinin qurulması XX əsrdə xalqımızın həyatında yeni bir mərhələ, tarixi hadisə oldu.

Tədbirdə idarə, müəsissə, təşkilat əməkdaşları ilə yanaşı, rayonun fəal gəncləridə iştirak ediblər.

Tədbirin sonunda Rüstəm Nağıyev, Bu əlamətdar tarixi gün münasibətilə bütün xalqımızı ürəkdən təbrik edib, dövlətimizə əbədi müstəqillik, xalqımıza isə bu yolda əzmkarlıq və güc birliyi arzulayıb.

Müstəqillik Günümüz Mübarək!

aia.az
[xfvalue_fotolar image="10"] [xfvalue_fotolar image="11"] [xfvalue_fotolar image="12"] [xfvalue_fotolar image="13"] [xfvalue_fotolar image="14"] [xfvalue_fotolar image="15"] [xfvalue_fotolar image="16"] [xfvalue_fotolar image="17"] [xfvalue_fotolar image="18"] [xfvalue_fotolar image="19"] [xfvalue_fotolar image="20"] [xfvalue_fotolar image="21"] [xfvalue_fotolar image="22"] [xfvalue_fotolar image="23"] [xfvalue_fotolar image="24"] [xfvalue_fotolar image="25"] [xfvalue_fotolar image="26"] [xfvalue_fotolar image="27"] [xfvalue_fotolar image="28"] [xfvalue_fotolar image="29"] [xfvalue_fotolar image="30"]



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5106 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
01-07-2022