AZ RU Mobil versiya
Qadın qılığına girərək qızının sevgilisi ilə görüşən ata qətlə yetirilib
Tarix: 26-05-2022 | Saat: 11:10
Bölmə:Gündəm | çapa göndər

Qadın qılığına girərək qızının sevgilisi ilə görüşən ata qətlə yetirilib

17 yaşlı qızının Adanada sevgilisi olduğunu öyrənən ata sosial şəbəkədə qadın qiyafəsinə girərək gənclə görüş təyin edib. Görüş yerində baş verən atışma zamanı ata həlak olub.

Hadisə mayın 19-da saat 23.30 radələrində Seyhan rayonunun Onur məhəlləsində baş verib. İddiaya görə, 37 yaşlı Məsud Toprak 17 yaşlı qızının sevgilisinin olduğunu öyrənib.

Qızın sevgilisi olan 25 yaşlı gənc mobil telefonu ilə qıza mesaj göndərib və zəng etməyə davam edib. Bundan sonra Məsud Toprak “Ahsen” adlı saxta sosial media hesabı açaraq gənclə danışmağa başlayıb.

“Ahsen” (Toprak) gəncə Cansu adlı bir rəfiqəsinin olduğunu və onunla görüşmək istədiyini deyərək öz məhəllələrinə çağırıb. Gənc isə Cansu adlı qızla tanış olacağını düşünüb və dostları ilə birlikdə avtomobillə Toprağın söylədiyi küçəyə gəlib.

Əlində tapança ilə küçədə gözləyən Toprak gənci görən kimi bir-birinin ardınca atəş açıb. Güllələr avtomobilə dəyməyib. Bu arada avtomobildə olan gənclər də tapança ilə atəş açıblar.

Güllələr Toprağın ayağına və başına dəyib, şübhəlilər hadisə yerindən qaçıblar. Silah səslərini eşidən məhəllə sakinlərinin çağırdığı təcili tibbi yardım heyəti Toprağın öldüyünü təsbit edib.

Toprağa atəş açan şübhəlilər müəyyən edilərək saxlanılıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

563 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
28-06-2022