Ermənistanın məsuliyyətsiz mövqeyi narahatlıq doğurur
Tarix: 23-05-2022 | Saat: 16:54
Bölmə:Siyasət | çapa göndər

Möhtərəm prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan işçi qrupunu vaxtında yaratmışdır və nümayəndə heyətini ezam etməyə hazır idi.Bu, erməni tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhədlə bağlı ilk görüşün keçirilməsini təklif edən Ermənistanın Xarici İşlər Nazirliyi olmuşdur. Azərbaycan həmin təklifi qəbul etmişdir və biz nümayəndə heyətini göndərməyə hazır idik. Lakin, sonuncu gün - aprelin 29-da Ermənistan artıq razılaşdırılmış görüşü ləğv etdi. Bu, çox məyusedici məsələdir. Daha məyusedici isə, yenə də Ermənistanın ilkin təklifindən irəli gələrək, 7-11 may tarixlərində sərhəddə yeni görüşün keçirilməsi təklifimizdən də Ermənistanın imtina etməsi oldu.
Ancaq Prezidentin də açıqlamasından sonra gördük ki, Ermənistan bu yöndə olan görüşlərə əvvəl razılıq verir, sonra imtina edir.Şahidi olduq ki, bu istiqamətdə fəaliyyət daha çox Brüssel görüşündın sonra oldu. Ancaq sonra Ermənistan rəsmiləri Moskvaya dəvət edildi və onlara mövqelərini dəyişməklə bağlı təzyiqlər olundu. Avropa bu istiqamətdə fəallığını artırandan, xüsusilə də sülh sazişinin imzalanmasına hazırlıq barədə razılıq əldə olunandan sonra biz qəflətən Rusiyanın aktivləşməsini və prosesə ciddi şəkildə müdaxilə etməyə başlamasını gördük. Bu həm də onu göstərdi ki, artıq vasitəçilərin arasında rəqabət, mübarizə mühiti formalaşıb. Çünki vasitəçilik həm də tərəflərə təzyiq etmək imkanını yaradır. Artıq məlumat verilir ki, Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası və təhlükəsizliyi ilə bağlı komissiyalarının iclasının bu həftə Moskvada keçirilməsi planlaşdırılır. Elə bu xəbərdən aydın görünür ki, Ermənistanı idarə edən dirijor çubuğu kimin əlindədir. Moskva bu gedişi ilə Brüsseli tam oyundankənar vəziyyətə salmış oldu.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında vurğulayıb ki, Azərbaycan Cənubi Qafqazı sülh, əməkdaşlıq və qarşılıqlı fəaliyyət regionu kimi görmək istəyir. 44 günlük Vətən müharibəsindən sonra əməkdaşlıq formatını yaratmaq üçün yeni imkanlar ortaya çıxıb. Çox təəssüf ki, Ermənistan indiyə qədər Cənubi Qafqazda üçtərəfli qarşılıqlı fəaliyyət formatının başlanmasına həvəs göstərmir. Bu gün artıq Cənubi Qafqaz üçün sülhə, təhlükəsizliyə və sabitliyə sadiqlik nümayiş etdirməyin vaxtıdır. Ermənistan rəsmi olaraq sülh müqaviləsi ilə bağlı Azərbaycan tərəfindən irəli sürülən beş əsas prinsipi qəbul etmişdir. İkinci Qarabağ müharibəsi qurtaran kimi Azərbaycan açıq şəkildə sülh müqaviləsinin bağlanmasını və sərhədlərin delimitasiyasına dair birgə komissiyanın yaradılmasını dəstəkləməyə başlamışdır. Azərbaycanın təklif etdiyi beş prinsip beynəlxalq hüquq normalarına uyğundur. Ermənistanın həmin prinsipləri qəbul etdiyini ehtiva edən ilkin mövqeyinə sadiq qalması sülh sazişinin imzalanması üçün əsas yaradır.
Prezident İlham Əliyev bəyanatında Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətlərə toxunaraq bəyan etdi ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Avropa İttifaqı-Azərbaycan əməkdaşlığı uğurla inkişaf edir. Enerji, nəqliyyat təhlükəsizliyi, ticarət – perspektiv əməkdaşlıq istiqamətləridir. Avropaya təbii qazın ixracına başlamağımızı və neft-qaz qiymətlərinin artmaqda olduğu faktını nəzərə alaraq, cari ildə Avropa İttifaqı ilə ticarət dövriyyəsi artıb. Avropa İttifaqının 9 üzvü ilə Azərbaycan artıq strateji tərəfdaşlıq haqqında razılıqlar imzalayıb. Bu, onu göstərir ki, Avropa İttifaqı da Azərbaycan qədər bu əməkdaşlıqda maraqlıdır.
Prezident İlham Əliyev bəyanatında bir daha dünya ictimaiyyətinə açıq mesaj verdi:Azərbaycan Cənubi Qafqazı sülh və əməkdaşlıq regionu kimi görmək istəyir. Ermənistanın tutduğu yol isə onlar üçün müsbət heç nə vəd etmir. Ona görə də, Ermənistan sülh imkanlarını qaçırmamalıdır və Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməlidir.
Şahzadə Qəhrəmanlı,
Gədəbəy Rayon Təhsil Şöbəsi, aparıcı məsləhətçi fəal gənc
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
20-05-2025
20:09 O, əsl əfsanə idi...