İkinci əl avtomobillər yenidən ucuzlaşır - QİYMƏTLƏR
Tarix: 16-05-2016 | Saat: 15:07
Bölmə:Şou-biznes | çapa göndər
Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlər yenidən aşağı düşüb. Avtomobil satıcılarının sözlərinə görə, may ayından etibarən satışlardakı nisbi canlanma dayanıb.
Aia.az Fins.az-a istinadən xəbər verir ki, ötən həftədən etibarən bütün banklar avtomobil kreditlərini tamamilə dayandırıblar. Banklar manatla verilən kreditlərinin dollara çevrilərək saxlanılmasından ehtiyat edirlər. Bu vəziyyət isə avtomobil bazarında satışların yenidən azalmasına gətirib çıxarıb.
Yalnız 3000 manata kimi maşınları nəğd alırlar
Avtosfer.az xəbər verir ki, bu barədə Badamdar avtomobil bazarından satıcı Aley Şamilov fins.az-a bildirib ki, avtomobil kreditlərinin dayanması ilə barterlə satış azalıb. Məsələn, ötən ay bazarda 30-40 avtomobil satılıbsa, hazırda bu rəqəm 20-30 arasındadır. Nəğd şəkildə yalnız qiyməti 3000 manata kimi olan avtomobillər satılır. Nəticədə ikinci əl bazarda avtomobillərin qiyməti yenidən ucuzlaşıb.
Köhnə "Opel”lər 200-300 manat ucuzlaşdı
A.Şamilov bildirib ki, hazırda nəğd satılan köhnə Almaniya avtomobilləri də ucuzlaşıb. Köhnə "Opel”lər 200-300 manat aşağı qiymətə təklif edilir. Məsələn, 1998-ci il model 1.6l mühərrikli "Opel Astra” aprel ayında 2500 manata satılırdısa, indi 2200 manata təklif edilir.
"Mercedes”lər 1500-2000 manat aşağı qiymətə satılır”
Köhnə "Mercedes”lərdə qiymət fərqi 1500-2000 manatdır. Məsələn, 1.8 l mühərrikli 1999-cu il model "Mercedes C Class” 7000-6500 manatdan 5300-4700 manata kimi ucuzlaşıb. Əvvəl 8500-8000 manata satılan "Mercedes E240” modellərinin son qiyməti 7 000-6500 manatdır.
2001-2003-cü il model "Mercedes C200”lər də ucuzlaşıb. Belə ki, bu maşınları 1000 manat aşağı qiymətlə 5500 manata almaq olar.
65 minlik "Land Cruiser”i 33 min dollara satdılar
Satıcının sözlərinə görə, istehsal tarixi 2008-ci ildən yuxarı olan avtomobillər hazırda yalnız barterlə satılır. Aley Şamilovun sözlərinə görə, son dövrdə yalnız bir bahalı modelin nəğd satışı ilə rastlaşıb. Onu isə yalnız xarici şirkətin işçisi alıb. Avtomobil 2 dəfə ucuz satılıb. Belə ki, 2012-ci ilin 4.7 l mühərrikli "Land Cruiser” avtomobilini müştəri 33 min dollara alıb. Halbuki avtomobilin real bazar dəyəri 60-65 min dollardır.
Barterlə satılan maşınlar 3-5 manat ucuzlaşıb
Bununla yanaşı, barterlə satılan avtomobillərin də qiymətlərində enmə müşahidə edilir: ”Məsələn, son barterdə 2008-ci il model 2.4 l mühərrikli "Hyundai Sonata”nı üstündə 7 min manatla 2.7 l mühərrikli "Toyota Prado” ilə dəyişdilər. Yəni, bu barterdə "Prado”nun qiyməti 15 min manat hesablandı. Bir ay əvvəl isə eyni maşın 19 -20 min manata satılırdı”.
Ucuzlaşmanı "Hyundai Sonata” avtomobilinə də aid etmək olar. Məsələn, apreldə 11-12 min manata satılan avtomobilin qiyməti barterdə 8 min manat dəyərləndirilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
23-12-2024