Formalaşan yeni təhlükəsizlik strukturunda Britanıyanın artan rolu fonunda Azərbaycan önəmli gediş edir - İsveçrə mətbuatı
Tarix: 18-05-2022 | Saat: 16:14
Bölmə:Gündəm | çapa göndər
İsveçrənin securnews.ch internet saytında Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kraliçası II Elizabetə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi - "Şöhrət" adlı Qarabağ atının təqdim olunması ilə bağlı məqalə dərc olunub.
aia.az Trend-ə istinadən xəbər verir ki, məqalədə bildirilir ki, son zamanlar ictimaiyyətdə nadir hallarda görünən 96 yaşlı Kraliça Vindzor qəsrində gözlənilmədən üzündə xoş təbəssümlə xüsusi hədiyyə qəbul edib. Azərbaycan Respublikasının Atçılıq Federasiyasının iştirak etdiyi və Kral ailəsi üzvlərinin şərəfinə ənənəvi təşkil edilən Vindzor Kral Atçılıq Şousundan sonra Kraliçaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hədiyyəsi - "Şöhrət" adlı Qarabağ atı təqdim olunub.
Bununla yanaşı, Azərbaycanın tanınmış heykəltəraşı Faiq Hacıyevin yaratdığı "Alxan" adlı Qarabağ, "Qalxan" adlı Dilbaz atlarının heykəlləri də umumi hədiyyənin tərkib hissəsi olaraq Kraliçaya təqdim edilib.
Daha sonra məqalədə Azərbaycandan olan iştirakçılar və onların çıxışları ilə bağlı məlumat verilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025