Dünyada Azərbaycan və Türkiyə qədər hər cəhətdən bir-birinə yaxın olan digər iki dövlət yoxdur.
Tarix: 18-05-2022 | Saat: 12:33
Bölmə:Media | çapa göndər
Ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinə əsaslanan tarixi əlaqələr zamanın sınağından uğurla çıxıb və bu günədək heç bir kənar qüvvə bu əbədi bağlılığa hansısa bir formada zərər vura bilməyib.
Bu əslində ona görədir ki, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin dediyi kimi, Türkiyə və Azərbaycanı birləşdirən bir çox amillər var. İlk növbədə tarix, mədəniyyət, ortaq etnik köklər, dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı bu birliyi təmin edib. Bu gün Azərbaycan və Türkiyə dünya çapında nadir əməkdaşlıq, iş birliyi və müttəfiqlik nümunəsi göstərir.
Ümummilli lider Heydər Əliyevin ifadə etdiyi “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün zamanında söylədiyi “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunan Azərbaycan-Türkiyə münasibətləri bu gün ən yüksək zirvəyə yüksəlib.
Azərbaycan-Türkiyə strateji müttəfiqliyi və tərəfdaşlığı artıq dünyanı heyrətdə qoyan münasibət statusu alıb. Belə ki, beynəlxalq təşkilatlar platformasında bütün məsələlər üzrə Azərbaycanla Türkiyənin mövqeləri daim üst-üstə düşür, tərəflər bir-birinə qarşılıqlı dəstək verirlər.
Eyni zamanda Azərbaycan BMT, NATO, İqtisadi Əməkdaşlıq Təşkilatı, Avropa Şurası, Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı kimi qurumlar çərçivəsində Türkiyə ilə faydalı strateji əməkdaşlıq edir.
Yaxın tariximizdə iqtisa¬di əlaqələrimizin yüksək səviyyəsi də danılmazdır. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP, TAP kimi enerji layihələrinin işə salınması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Türkiyədə “STAR” neft emalı zavodunun açılması, 2020-ci il dekabrin sonunda Azərbaycan kommersiya qazının Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya tədarükünə başlanması kim tarixi hadisələr buna əyani sübutdur.
Xüsusi vurğulamaq lazımdır ki, Türkiyə həmişə artıq tarixdə qalan Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olub və Azərbaycanın haqlı mövqeyinə birmənalı dəstək göstərib. Ərazi bütövlüyünün bərpası uğrunda mübarizə aparan Azərbaycana 44 günlük Vətən müharibəsində daim mənəvi-siyasi dəstək verən qardaş Türkiyə Böyük Zəfərin sevincini bizimlə birgə yaşamışdır.
Yeni reallıqlar göstərdi ki, biz Böyük Zəfərin sevincini təkcə azad olunmuş deyil, həmçinin dirçəldilən Qarabağda çiyin-çiyinə bayram edən böyük millətik. Cəmi səkkiz aya inşa olunan Füzuli Beynəlxalq Hava Limanı iki qardaş ölkənin birliyinin bariz nümunəsidir. Həmin mərasimdə dövlət başçımız bunu fərəhlə qeyd edib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi hər zaman bir-birinin yanındadır. Bu hava limanının inşasında Azərbaycan və Türkiyə şirkətləri iştirak etmişlər.
Dəniz üzərində inşa edilən nəhəng layihə-Rize-Artvin Hava Limanının açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı da hər iki ölkə arasında münasibətlərin daim ən yüksək səviyyədə olduğunu göstərir.
2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə imzalanması da iki dövlətin qardaşlığına vurulan rəsmi tarixi möhür kimi qürur doğurur. Bu dəyərli sənəd, iki dost və qardaş ölkə arasında imzalanmış bütün beynəlxalq sənədlərə, ilkin olaraq 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsinə sadiqliyi bir daha təsdiq edir.
Qars müqaviləsindən yüz il sonra iki dost və qardaş ölkə arasında imzalanan Tarixi Şuşa Bəyannaməsində beynəlxalq müstəvidə birgə əməkdaşlıq, fəaliyyətin uzlaşdırılması, siyasi, hərbi, iqtisadi-ticarət əlaqələri, həmçinin mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi sahələrin təsbit olunması, müstəqillik, suverenlik, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini rəhbər tutan, milli maraq və mənafeləri müdafiə və təmin etməyə yönəlmiş müstəqil xarici siyasət həyata keçirən Azərbaycan-Türkiyə dostluğunun əbədiliyi üçün müstəsna siyasi və tarixi əhəmiyyət daşıyır.
Heç şübhəsiz, iki qardaş ölkənin və xalqlarının qarşılıqlı münasibətləri Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarına uyğun olaraq, bütün sahələrdə müvəffəqiyyətlə inkişaf edir və genişlənir. Bu gün hər iki ölkənin siyasi Liderinin müstəsna xidmətləri onu deməyə əsas verir ki, Azərbaycan və Türkiyə gələcəkdə də bir yerdə olacaq, daim ümumi mənafeyə xidmət edən yeni-yeni reallıqlar yaradacaqlar.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
26-12-2024