Mobil versiya
Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi
Tarix: 17-05-2022 | Saat: 17:56
Bölmə:Gündəm | çapa göndər

Zaur Mirzəzadə məhkəmə zalında həbs edildi

QHT rəhbəri, özünü jurnalist kimi təqdim edən Zaur Mirzəzadə həbs edilib.

aia.az "Qafqazinfo"ya istinadən bildirir ki, bu gün onun barəsindəki dələduzluq ittihamı ilə bağlı cinayət işinə Bakı Apellyasiya məhkəməsində baxılıb. Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.

Yeni qərara əsasən, Z.Mirzəzadə məhkəmə zalında həbs edilib. Ona 5 il azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, bir müddət öncə zərərçəkmiş Sultanəli Qurbanovun şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanmışdı. Bakı Ağır Cinayətlər Məhkəməsi Z.Mirzəzadə barəsində şərti cəza verdiyi üçün o, azadlıqda qalmışdı.

Zaur Mirzəzadə "bakutime.az" saytının və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri kimi tanınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025