AZ RU Mobil versiya
"Dedim 200 dəfə Həcc ziyarətində olmuşam..." - Aqil Abbas
Tarix: 12-05-2022 | Saat: 14:24
Bölmə:Manşet / Gündəm | çapa göndər

"Dedim 200 dəfə Həcc ziyarətində olmuşam..." -

Bu il Azərbaycandan Həcc ziyarəti təşkil olunacaq. Bu barədə QMİ-dən məlumat verilib.

Bildirilib ki, cari il üçün Azərbaycana ayrılan kvota və qiymətlər hələlik müəyyən edilməyib, yaxın günlərdə bununla bağlı məlumat veriləcək.
Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Hər il Həcc ziyarətinin qiymətləri müzakirələrə səbəb olur. Cəmiyyətdə belə rəy yaranıb ki, Həcc ziyarətinə gedən şəxsin qonşusunda ac adam olmamalıdır. Əgər imkanısz, ac olan biri varsa, ziyarətə sərf olunan vəsait həmin şəxsə xərclənməlidir.

aia.az xəbər verir ki, Milli Məclisin deputat Aqil Abbas yenisabah.az-a açıqlamasında deyib ki, o pulları aclara xərcləsələr daha yaxşı olar:

"Kim Həcc ziyarətinə getmək istəyirsə, yolu açıq olsun. Allah ziyarətini qəbul etsin. Mən getməmişəm, bilmirəm. Bir dəfə televiziyada mənə sual verdilər ki,

Həcc ziyarətinə getmisiz? Dedim bəli, 200 dəfə Həcc ziyarətində olmuşam. Çaşıb qaldılar. Dedim mənim Həcc ziyarətim Ağdamda, Ağcabədidə, Saatlıda olub.

Gedənlərə də nəsə deyə bilmərəm. Onların da işləri avand olun. Elələri var ki, dəfələrlə gedir. Amma o pulu aclara da xərcləyə bilərlər. O zaman daha yaxşı olar".

Yazıçı-publisist Xeyrəddin Qoca isə yazar həmkarından fərqli mövqe sərgiləyib:

"Azərbaycanda o qədər ac adam var ki... İndi Həcc ziyarətinə gedilməsin? Bu, bizimkilərin uydurmasıdır. Guya bunlar vətənpərvərdilər. Axı bu insanlar Həccə gedirlər. İndi neyləsin ki, qonşusu acdır. Mənim dinlə əlaqəm yoxdur. Ancaq bunu deyə bilərəm".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

5118 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022