“İcbari tibbi sığorta hansı xəstələrə yardım etmir?” - RƏSMİ CAVAB
Tarix: 12-05-2022 | Saat: 13:01
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Hörmətli KİV nümayəndələri,
6 və ya 7 may 2022-ci il tarixlərində internet səhifənizdə yerləşdirilmiş “İcbari tibbi sığorta hansı xəstələrə yardım etmir?” başlıqlı məqalədə icbari tibbi sığorta çərçivəsində təminata alınmayan tibbi xidmətlərlə bağlı bəzi məlumatlara düzəliş etməyinizi xahiş edirik.
Qeyd etmək istərdik ki, hazırda vətəndaşlara icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində 3500-dən artıq diaqnozu əhatə edən 2550 sayda tibbi xidmət göstərilir. Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər və tariflər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 yanvar tarixli 5 nömrəli Qərarı ilə təsdiq edilib. Xidmətlər Zərfinin hazırlanarkən son illərdə ölkə əhalisi arasında ölüm faizi, əlillik faizi yüksək olan, eləcə də sayında davamlı artım müşahidə olunan xəstəliklər nəzərə alınıb.
İcbari tibbi sığorta çərçivəsində vətəndaşlar aşağıdakı xidmətləri əldə edə bilərlər:
• Təcili və təxirəsalınmaz tibbi yardım (o cümlədən ambulans xidməti);
• İlkin tibbi-sanitariya yardımı;
• Ambulator şəraitdə müayinə və müalicə;
• Stasionar müalicə;
• Funksional-diaqnostik müayinələr;
• Fizioterapevtik xidmətlər;
• Laborator müayinələr;
• Hamiləlik və doğuş xidməti;
• Təcili vaksinasiyalar;
• Uşaqların peyvənd təqvimi əsasında planlı vaksinasiya;
• Cərrahi əməliyyatlar (o cümlədən dəyəri yüksək həyati vacib əməliyyatlar).
Təminata alınmış əməliyyatlar sırasında aorto-koronar şuntlama və koxlear implantasiya əməliyyatları, oynaq endoprotezlərin yerləşdirilməsi, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyyə əməliyyatları vardır. Şübhəsiz ki, bu cərrahi prosedurlar əhalinin sağlamlığı və maddi rifahına dəstək baxımından çox böyük əhəmiyyət kəsb edir.
Vətəndaşlar Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərdən “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə müqaviləli tibb müəssisəsinə göndəriş verilir. Müqaviləli tibb müəssisələrinin siyahısı ilə Agentliyin rəsmi saytında tanış olmaq mümkündür.
Məqalədə bir sıra xəstəliklərin müayinə və müalicəsinin (şəkərli diabet, vərəm, hemofiliya və s.) Xidmətlər Zərfi ilə təminata alınmaması vurğulanır. Bildirmək istərdik ki, dövlət tərəfindən qəbul edilən proqramlar çərçivəsində vətəndaşların həmin xəstəliklərə dair tibbi xidmətlərdən ödənişsiz istifadə imkanları var.
Səhiyyə sahəsində aşağıda adıçəkilən dövlət proqramlarının və tədbirlərin icrası hazırda Agentlik tərəfindən tənzimlənir, vətəndaşlar dərman preparatları ilə ödənişsiz təmin olunurlar:
- Hemofiliya xəstəliyi üzrə Tədbirlər Proqramı (dərman təminatı daxildir)
- Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Tədbirlər Proqramı (dərman təminatı daxildir)
- Vərəmlə mübarizə üzrə Tədbirlər Proqramı (dərman təminatı daxildir)
- Qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı
- Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına dair Dövlət Proqramı
- Talassemiya ilə mübarizəyə dair Dövlət Proqramı (dərman təminatı daxildir)
- Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı
- Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı (dərman təminatı daxildir)
- Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı (dərman təminatı daxildir)
- Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı (dərman təminatı daxildir)
Aşağıdakı qeyd olunan xəstəliklər üzrə dövlət proqramlarının icrası isə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən tənzimlənir:
- Uşaqlar arasında yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı
- İİV/QİÇS-lə mübarizə üzrə Tədbirlər Proqramı
“Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən onkoloji xəstəliklərin müayinə və müalicəsi də Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində həyata keçirilir.
Eyni zamanda nəzərinizə çatdırırıq ki, vətəndaşlar icbari tibbi sığorta çərçivəsində ilkin tibbi-sanitariya müəssisəsində ambulator şəraitdə ilkin psixoloji yardım xidmətindən yararlana bilərlər.
Xidmətlər Zərfi ilə təminata alınmayan tibbi xidmətlərə əsasən plastik cərrahiyyə, kosmetoloji və stomatoloji xidmətlər, süni mayalanma və orqan transplantasiyasının aparılması daxildir.
Onu da bildirmək istərdik ki, Agentlik tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur. Yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir. Bundan başqa, hazırda limit sayı 300 olan koxlear implantasiya və endoprotezləşdirmə əməliyyatlarının sayının müvafiq olaraq 400-ə və 1200-ə qədər artırılması təklifi irəli sürülüb.
Diqqətə çatdırırıq k, Agentliyin rəsmi internet səhifəsinə (https://its.gov.az/) daxil olaraq, Xidmətlər Zərfi ilə təminata alınan tibbi xidmətlərlə daha ətraflı tanış olmaq mümkündür. Xidmətlər Zərfi üzrə elektron axtarış sistemi vasitəsilə tələb olunan tibbi xidmətin Xidmətlər Zərfində mövcudluğunu yoxlamaq, həmçinin tibbi xidmət müqabilində Agentlik tərəfindən tibb müəssisəsinə ödənilən məbləğ haqqında məlumat almaq olar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-12-2024