AZ RU Mobil versiya
MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb
Tarix: 12-05-2022 | Saat: 11:50
Bölmə:Gündəm | çapa göndər

MEDİA-nın "ADA” Universiteti ilə birgə təşkil etdiyi silsilə seminarlar başa çatıb

11 may tarixində Medianın İnkişafı Agentliyi (MEDİA) ilə ADA Universitetinin birgə imzaladığı əməkdaşlıq memorandumu çərçivəsində dövlət sektorunda fəaliyyət göstərən qurumların mətbuat xidmətlərinin rəhbərləri, ictimaiyyətlə əlaqələr üzrə məsul əməkdaşları üçün təşkil edilən “Media və kommunikasiya siyasəti medianın gözü ilə” mövzusunda silsilə seminarların bağlanış mərasimi keçirilib. Seminarları uğurla bitirən 40 iştirakçıya sertifikatlar təqdim edilib.

aia.az xəbər verir ki, iki həftə davam edən silsilə seminarlarda yerli və xarici mütəxəssislər tərəfindən media ilə əlaqələrin qurulması, kommunikasiya strategiyalarının səmərəli şəkildə işlənilməsi, ənənəvi və sosial media ilə işə proaktiv yanaşaraq daha keyfiyyətli ictimai məzmunun yaradılması mövzularında çıxışlar, interaktiv müzakirə sessiyaları təşkil olunub.

Seminarların bağlanış mərasimində iştirakçılar təəsüratlarını bölüşərək əldə etdikləri biliklərin gələcək fəaliyyətlərinə faydalı olacağını bildiriblər.

Qeyd olunan seminarlar ötən il ərzində dövlət qurumlarının media subyektləri ilə əməkdaşlığının genişləndirilməsi və qarşılıqlı kommunikasiya əlaqələrinin təkmilləşdirilməsi, eləcə də müasir media mühitində ictimaiyyəti məlumatlandırma mexanizmlərinin daha səmərəli qurulması məqsədilə mətbuat katibləri üçün ADA Universiteti ilə birgə təşkil edilən silsilə seminar və təlimlərdən əldə edilən uğurlu təcrübəyə əsaslanaraq həyata keçirilib.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi

594 dəfə oxunub.


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
25-05-2022