Mobil versiya
“Heydər Əliyev əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans - FOTOLAR
Tarix: 10-05-2022 | Saat: 17:52
Bölmə:Gündəm | çapa göndər

“Heydər Əliyev əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ili ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyətinin təsdiqlədiyi Tədbirlər planına uyğun olaraq Mingəçevirdə keçirilən silsilə tədbirlərin yekununda 10 may 2022-ci il tarixdə şəhər İcra hakimiyyəti YAP Mingəçevir şəhər təşkilatı ilə birgə Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində “Heydər Əliyev əməlləri ilə Azərbaycan tarixində əbədi iz qoyan dahi şəxsiyyət” mövzusunda elmi-nəzəri konfrans keçirdi.

Konfrans başlamazdan əvvəl konfrans iştrakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyaraq öz ehtiramlarını bildirmişlər.
Sonra konfrans iştirakçılarına Heydər Əliyev Mərkəzində Mingəçevir şəhər Mədəniyyət şöbəsinin və Gənclər və İnkişaf Mərkəzinin təşkil etdiyi Ulu öndərin həyat və fəaliyyətini əks etdirən rəsm və kitab sərgisi təqdim olunub.

Ardınca Ümummmilli lider Heydər Əliyevə həsr olunmuş qısametrajlı filmə baxışdan sonra elmi-nəzəri konfrans öz işinə başladı.

Konfransda Müasir Müstəqil Azərbaycanın qurucusu Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Ulu öndər Heydər Əliyevin Azərbaycan xalqına, dövlətinə əvəz edilməz xidmətlərindən danışaraq qeyd etdi ki, müasir Azərbaycanın banisi və memarı ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin siyasi - iqtisadi əsaslarını yaratmış, xalqın müstəqil və güclü dövlətə sahib olması arzusunu təmin edərək fenomen şəxsiyyət kimi çağdaş tariximizdə əbədiyaşar ictimai siyasi lider kimi hələ sağlığında canlı əfsanəyə çevrilərək ürəklərdə əbədi bir heykəl ucaltmışdır. Ulu Öndər Heydər Əliyevin xidmətləri misilsizdir. Bu siyasi xətt –fəaliyyət pirinsipi 1969-cu ildən Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi ilə başlanan şərəfli missiyanın əsas qayəsi idi. Məhz həmin dövrdən etibarən Azərbaycanda iqtisadi inkişafın əsasları yaradılmış və xalqın rifah halının yüksəldilməsi üçün bir sıra sahələrin yaradılmasının əsası qoyulmuşdur. Ulu öndərin 34 illik rəhbərliyi dövrü Azərbaycanın inkişaf mərhələsi olmuşdur. Müstəqil ölkəmizin bugünkü uğurları Heydər Əliyev ideologiyasının təntənəsidir. Dahi rəhbərin hakimiyyətdə olduğu dövr ərzində Azərbaycanın qazandığı bütün nailiyyətlərin fövqündə məhz Heydər Əliyev fenomeni, qüdrəti və dühası, onun uzaqgörənliklə yürütdüyü müdrik siyasi kurs dayanıb.

Daha sonra Elmi-nəzəri konfransın proqramına əsasən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov “Ulu öndər Heydər Əliyevin keçdiyi şərəfli həyat yolu dövlətinə və xalqına xidmət göstərən hər bir şəxs üçün örnəkdir”, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov “Ümummilli lider Heydər Əliyev - müstəqilliyimizi əbədi və dönməz edən tarixi şəxsiyyət”, Mingəçevir Turizm Kollecinin direktoru Kamal Əhmədov “Ümummilli lider Heydər Əliyev milli vətənpərvər Azərbaycan gəncliyinin formalaşdırılması siyasətinin yaradıcısıdır”, Mingəçevir şəhər Təhsil şöbəsinin müdiri vəzifəsini icra edən Zamik Cəbiyev “Bu gün əldə olunan zəfərlərimiz Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət siyasətinin nəticəsidir” mövzusunda çıxış etdilər.

Mingəçevir şəhər Tarix muzeyinin əməkdaşı, YAP fəalı Nahid Musayev çıxışlardan sonra söz alaraq bildirdi ki, ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və İdman Nazirliyini yaratdı. Bundan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Ölkəmizdə ilk Gənclər forumunun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. Ulu Öndərin gəncliyə və gənclərə etimadı bu gün artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu Öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Sonda N.Musayev Qalib ölkənin qalib gəncləri olaraq daima qürur hissi keçirdiyini və buna görə ölkə başçısı cənab İlham Əliyevə şəhər gəncləri adından dərin minnətdarlığını bildirərək, dövlət başçımızın rəhbərliyi ilə qarşıda qalib Azərbaycanı daha möhtəşəm uğurlar gözlədiyinə əmin olduğunu vurğulayıb..

Sonra Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin zəngin fəaliyyətindən, xilaskarlıq missiyasından, eyni zamanda Azərbaycan xalqının çətin günlərində göstərdiyi misilsiz xidmətlərini xüsusilə vurğulayaraq bildirdi ki, indi ulu öndərin ruhu şaddır, çünki bu gün biz ümummilli liderin doğum gününü onun görmək istədiyi, torpaqları işğaldan azad olunmuş Azərbaycanda qeyd edirik. Ulu öndər üçün ən öndə məsələlərdən biri əzəli Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi idi. 2020-ci ilin sentyabrında başlanan və 44 gün davam edən müharibə ərzində yenilməz Azərbaycan ordusunun Heydər Əliyev siyasi kursunun davamçısı, Ali Baş Komandan İlham Əliyevin düşünülmüş siyasəti ilə bu missiyanı şərəflə yerinə yetirdiyini qeyd edən natiq Ümummilli lider Heydər Əliyevin dövlətçilik, azərbaycançılıq ənənəsinin bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə yerinə yetirildiyini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Bu gün Azərbaycanın ərazi bütövlüyünün bərpası, azad Qarabağda, azad Şuşada üçrəngli bayrağımızın qürurla dalğalanması, tarixi sahibinə qovuşan torpaqlarımızda genişmiqyaslı bərpa və quruculuq işləri, xalqımızın yenilməzliyini, məğrurluğunu bir daha dünyaya nümayiş etdirməsi, rəşadətli ordumuzun gücü, qüdrəti, dəmir yumruq kimi birliyimiz, dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın Qarabağın tacı olan Şuşada Zəfər Qurultayını keçirərək dünyaya mesajlarını ünvanlaması və sair kimi mühüm uğurlar 30 ildə aparılan düşünülmüş və məqsədyönlü siyasətin nəticələridir - deyə İ.İsmayılov bildirib.

Sonda İ.İsmayılov məruzəçilərə və konfrans iştrakçılarına öz minnətdarlıgını bildirdi.

Bununla da konfrans öz işini başa vurdu.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-03-2025