Mobil versiya
Vətən müharibəsində Qələbə Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsidir
Tarix: 09-05-2022 | Saat: 15:22
Bölmə:Gündəm | çapa göndər

Vətən müharibəsində Qələbə Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsidir

Ulu Öndər Heydər Əliyevi rəhbər kimi başqalarından fərqləndirən ən mühüm keyfiyyət ondan ibarətdir ki, O, iki siyasi sistemdə Azərbaycana rəhbərlik etmiş və hər bir dövrün ictimai-siyasi tələblərinə uyğun olaraq özünün bütün fəaliyyətini Azərbaycan Respublikasının yüksəlişinə, xalqın mənəvi-mədəni inkişafına həsr etmiş şəxsdir. Belə ki, Ümummilli Lider Heydər Əliyevin bütün siyasi və dövlətçilik fəaliyyəti çağdaş Azərbaycanın, xalqımızın, milli dövlətçiliyimizin inkişafı və möhkəmlənməsi tarixidir. Onun həyat və fəaliyyətinin xronologiyası böyük bir tarixi dövrün parlaq səhifəsini təşkil edir.
Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublikamızın tərəqqisi üçün müxtəlif sahələrin mütəmadi inkişafı istiqamətində fundamental səciyyəli tədbirlər görməyə başladı. Sənayenin inkişafı, ona qədər qeyri-qənaətbəxş səviyyədə və vəziyyətdə olan iqtisadiyyatın yenidən dirçəldilməsi yönündə, məhz Ümummilli Liderin rəhbərliyi altında mühüm addımlar atılmaqla digər sahələrin inkişafına geniş şərait yaradıldı. Bundan sonra milli dəyərlərimizin təbliği və ideoloji əsasların gücləndirilməsi ardıcıllıqla davam etdirildi.


Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində müstəqillikdən sonra da dövlət quruculuğu sahəsində fundamental addımlar atıldı. Lakin bundan öncə Ümummilli Lider yeni əldə olunmuş müstəqilliyimizi qorudu, dövlətimizi yox olmaq təhlükəsindən qurtardı. Mürəkkəb siyasi problemlər məngənəsində olan ölkəmizdə Ulu Öndərin praqmatik və rasional strateji siyasi kursu sayəsində sabitlik əldə edildi.
Ulu Öndər iqtisadiyyatın dirçəldilməsini başlıca prinsiplərdən biri kimi müəyyənləşdirdi. “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir”, - deyən Ümummilli Lider dəfələrlə vurğulayıb ki, hər bir dövlətin siyasi, hərbi gücünün əsasında möhkəm təməl üzərində qurulan iqtisadiyyat dayanır. Məhz Ulu Öndərin əsasını qoyduğu müstəqil Azərbaycanın iqtisadi inkişaf strategiyası ilə ölkəmiz firavan gələcəyə doğru aparan yola qədəm qoydu. Ümummilli Liderin həyata keçirdiyi iqtisadi tədbirlər yenicə müstəqillik əldə etmiş və müharibə şəraitində yaşayan bir ölkə olan Azərbaycana beynəlxalq aləmdə etibar qazandırdı. Həyata keçirilən məqsədyönlü siyasət əksər iri beynəlxalq şirkətlərin, xarici investorların diqqətini ölkəmizə yönəltdi. Ulu Öndərin gərgin əməyinin və möhkəm iradəsinin bəhrəsi olan “Əsrin müqaviləsi”nin imzalanması isə Azərbaycanın bir müstəqil dövlət kimi beynəlxalq arenadakı mövqeyini möhkəmləndirdi.
Beləliklə, dünyanın müxtəlif ölkələri ilə qarşılıqlı-faydalı əməkdaşlıq əlaqələri quran Azərbaycan iqtisadiyyatı sürətlə dünya iqtisadiyyatına inteqrasiya olmağa başladı. Ulu Öndərin imzaladığı çoxsaylı fərman və sərəncamlarla ölkə daxilində fundamental iqtisadi islahatlar həyata keçirildi. Məhz bu dövrdə reallaşdırılan geniş iqtisadi layihələr, qətiyyətli və məqsədyönlü tədbirlər nəticəsində iqtisadi tənəzzülün qarşısı alındı, qısa müddətdən sonra isə inkişaf göstəriciləri qeydə alındı. Azad bazar iqtisadiyyatına uğurlu keçid sayəsində ölkədə orta və kiçik sahibkarlıq sürətlə inkişaf etməyə başladı.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu iqtisadi inkişaf strategiyası Azərbaycanın bir dövlət kimi öz ayaqları üzərində sərbəst inkişafını təmin etdi və artıq bir müddət sonra Azərbaycan regionun lider dövlətinə çevrildi. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində bu gün Azərbaycan artıq bütün Avrasiya məkanında nüfuzlu, etibarlı və əhəmiyyətli tərəfdaşa çevrilib. Bu gün Azərbaycan Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ən əhəmiyyətli tranzit nöqtəsidir. Həmçinin ölkəmiz hazırda Avropanın enerji təhlükəsizliyinin təminatı baxımından böyük rol oynayır.
Ən önəmlisi budur ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə etdiyi tarixi Qələbəsi sayəsində Azərbaycan 30 ilə yaxın müddət davam edən işğala son qoydu və özünün ərazi bütövlüyünü təmin etdi. Ona görə də birmənalı şəkildə demək olar ki, Vətən müharibəsində Qələbə Ulu Öndər Heydər Əliyev siyasi kursunun ən böyük təntənəsidir.

Vüqar Hüseynov,
YAP Göygöl rayon təşkilatı üzrə Göygöl Rayon
İcra Hakimiyyəti ərazi partiya təşkilatının fəal üzvü




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025