Mobil versiya
Akif Çovdarovun səhhəti pisləşdi
Tarix: 04-05-2022 | Saat: 17:42
Bölmə:Karusel / Gündəm | çapa göndər

Akif Çovdarovun səhhəti pisləşdi

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrinə Nəzarət Baş İdarəsinin sabiq rəisi Akif Çovdarovun səhhətində ciddi problem yaranıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, sabiq rəis Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna gətirilib. O, xəstəxanaya gələrkən oğlu Ruslan Çovdarov yanında olub. A.Çovdarovun onurğa sütununda problem yarandığı bildirilir.

Qeyd edək ki, 2015-ci ildə 12 il müddətinə həbs olunan Akif Çovdarov Prezident İlham Əliyevin 2020-ci il aprelin 6-da “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamı ilə azad olunub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-03-2025