Mobil versiya
Şuşa bəyannaməsi dünyaya mesajdır
Tarix: 04-05-2022 | Saat: 11:21
Bölmə:Siyasət | çapa göndər

Şuşa bəyannaməsi dünyaya mesajdır



Öncə xüsusi olaraq vurğulamalıyıq ki, adını Azərbaycanın şanlı tarixinə qızıl hərflərlə yazdıran qalib Baş Sərkərdə kimi İlham Əliyev uzun illər işğal altında olan Azərbaycan torpaqlarını əsarətdən qurtardıqdan sonra Milli Qurtuluş Gününü ilk dəfə Şuşada, Cıdır düzündə qeyd etdi. Özü də tək deyil, Vətən müharibəsi dövründə Azərbaycana böyük siyasi və mənəvi dəstək verən qardaş ölkənin Prezidenti ilə birlikdə...

Prezidentlərin Şuşa görüşü ilk növbədə regionda yeni qüvvələr nisbətinin, 44 günlük Vətən müharibəsindən sonra yaranmış status-kvonun nümayişi idi. İmzalanan sənəd isə müttəfiqliyin yeni yol xəritəsi idi.

Tarixi Qars müqaviləsindən yüz il sonra iki qardaş ölkə arasında müttəfiqlik münasibətlərinə dair imzalanan Bəyannamənin müstəsna siyasi və tarixi əhəmiyyəti var. 1921-ci ildə imzalanan Qars müqaviləsi ilə Naxçıvanın təhlükəsizliyinin qarantı olan Türkiyə 100 il sonra - 2021-ci ildə Şuşa Bəyannaməsi ilə bu dəfə Qarabağın təhlükəsizliyinin qarantı oldu. Belə demək mümkünsə, bir növ bununla Türkiyə ümumilikdə Azərbaycanın təhlükəsizliyinin qarantına çevrildi. Bu müttəfiqlik əlbəttə ki, həm də qardaş ölkə ilə münasibətlərin daha da yaxınlaşması baxımından xüsusilə önəmlidir.

İlk növbədə bu bəyannamə ilə iki ölkənin münasibətləri yüksələrək zirvə mərhələsinə qədəm qoydu. Bəyannamədə göstərilən müddəalar onu deməyə əsas verir ki, qardaş Türkiyə hər zaman Azərbaycanın yanında olacaq. Bu məsələ bəyanatda belə göstərilir:

Tərəflərdən hər hansı birinin müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə birgə məsləhətləşmələr aparılması, bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirilməsi, BMT Nizamnaməsinə uyğun olaraq bir-birinə lazımi yardım göstərməsi, Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyətinin təşkili nəzərdə tutulur. Bu Bənannamədə göstərilən müddəalar İlham Əliyevin söylədiyi kimi, iki qardaş ölkənin gələcək işbirliyinin təminatıdır. Tarixi sənəd Azərbaycan və Türkiyənin ortaq maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərinin qarşılıqlı şəkildə əlaqələndirilməsinin məntiqi nəticəsi olaraq ölkələrimizin beynəlxalq rolunu, çəkisini daha da artıracaq.

Şuşa Bəyannaməsində digər bir müddəa Silahlı Qüvvələrimizin müasir tələblərə uyğun olaraq yenidən formalaşdırılması və modernləşdirilməsi istiqamətində birgə səylərin göstərilməsinə aiddir. Sənəddə müdafiə qabiliyyətlərinin və hərbi təhlükəsizliyin möhkəmləndirilməsinə yönələn tədbirlərin həyata keçirilməsi, iki ölkənin silahlı qüvvələrinin birlikdə fəaliyyət qabiliyyətinin artırılması, müasir texnologiyalara əsaslanan silah və sursatların idarə olunmasında sıx əməkdaşlığın təmin edilməsi vurğulanır. Buraya həmçinin hər iki ölkənin təhlükəsizlik şuralarının milli təhlükəsizlik məsələləri üzrə müntəzəm olaraq birgə iclaslarının keçirilməsi və bu iclaslarda milli mənafe, ölkələrin maraqlarına toxunan regional və beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsinin aparılması daxildir.


Bir sözlə, Şuşa Bəyannaməsi Azərbaycan və Türkiyə üçün yeni dövrün astanasıdır. Fəxarətlə deyə bilərik ki, Qarabağda və bütün bölgədə güc balansı indi bütövlükdə Bakının xeyrinə dəyişdi. Çünki hər zaman Qarabağın əraziləri ilə bağlı məsələlərə yerli-yersiz qarışan ölkələr də öz hesablarını götürdülər.


Elçin Əliyev,
YAP Göygöl rayon təşkilatı üzrə Qırıqlı kənd ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-05-2024