Mobil versiya
Prezident: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur
Tarix: 02-05-2022 | Saat: 14:57
Bölmə:Gündəm | çapa göndər

Prezident: Azərbaycan-Polşa münasibətlərinin bugünkü səviyyəsi məmnunluq doğurur

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının milli bayramı - Konstitusiya Günü münasibətilə polşalı həmkarı Andjey Dudanı təbrik edib.

AİA.Az Trend-ə istinadən xəbər verir ki, təbrikdə Azərbaycan-Polşa ənənəvi dostluq və əməkdaşlıq münasibətlərinin bugünkü səviyyəsininb məmnunluq doğurduğu vurğulanır.

Təbrik məktubunda daha sonra deyilir: "Daim genişlənən siyasi, iqtisadi və humanitar əlaqələrimiz, yüksək səviyyəli qarşılıqlı səfərlər, müxtəlif sahələrdə səmərəli əməkdaşlığımız münasibətlərimizin məzmununu real şəkildə əks etdirir".

Dövlətimizin başçısı inandığını bildirir ki, ölkələrimiz arasında istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində fəal və qarşılıqlı faydalı əməkdaşlıq bundan sonra da birgə səylərlə müvəffəqiyyətlə davam edəcək.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
31-01-2025