Mobil versiya
Ermənistanın sülhdənyayınma siyasəti onun özünün əleyhinə işləyir və beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirir
Tarix: 02-05-2022 | Saat: 13:49
Bölmə:Seçki 2024 | çapa göndər

Ermənistanın sülhdənyayınma siyasəti onun özünün əleyhinə işləyir və beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirir

Prezident İlham Əliyev aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda bu barədə ətraflı bəhs edərək, dünyaya mühüm mesajlarını çatdırdı. Dövlətimizin başçısı dərin məzmunlu nitqində postmünaqişə dövründə Azərbaycanın ermənilər tərəfindən xarabalığa çevrilən ərazilərinin minalardan təmizlənməsinin çox çətin və uzun bir proses olduğunu vurğuladı və bu sahədə beynəlxalq əməkdaşlığa ehtiyac duyulduğunu diqqətə çatdırdı.

Ölkəmiz artıq bir ildən çoxdur ki, bütün gücü ilə düşməndən təmizlənən torpaqlarda geniş bərpa-tikinti layihələri reallaşdırır. Qarabağ və Şərqi Zəngəzur daxili imlanlarımız hesabına sürətlə yenidən qurulur. Yüz minlərlə azərbaycanlının ən yaxın gələcəkdə əzəli torpaqlarına – Kəlbəcər, Laçın, Şuşa, Ağdam və digər rayonlara qayıdışı gözlənilir. Şübhəsiz ki, keçmiş məcburi köçkünlər ermənilərlə qonşuluq şəraitində yaşamalı olacaqlar.
Qarabağda məskunlaşan ermənilər də bundan sonra azərbaycanlılara qarşı düşmənçilik fəaliyyətlərinə son qoymağın, separatizm meyllərindən uzaq durmağın zəruriliyini anlamalıdırlar. Şübhəsiz ki, belə olan təqdirdə onlar bunun faydasını görə, ölkəmizin iqtisadi inkişafında iştirak edə, daha təhlükəsiz və rahat yaşamaq imkanı qazana biləcəklər.

Prezident İlham Əliyev beynəlxalq konfransda bütün bu vurğulananlarla yanaşı, sülh danışıqlarına da toxunaraq bildirdi ki, bizim açıq şəkildə bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş sülh gündəliyimiz və təşəbbüslərimiz regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. May ayının əvvəllərində Avropa İttifaqının Brüsseldə Azərbaycan və Ermənistan nümayəndələrinin görüşünü təşkil etmək niyyəti də məhz bu məqsəddən irəli gəlib. Avropa İttifaqını Azərbaycanın mühüm tərəfdaşı adlandıran dövlətimizin başçısı faktiki mövcud olmayan Minsk Qrupu əvəzinə Azərbaycan – Ermənistan münasibətlərinin normallaşma prosesində adı çəkilən bu nüfuzlu qurumun rolunu yüksək qiymətləndirdi. Avropa İttifaqını vicdanlı aktor adlandıran ölkə başçısı sözügedən ali təsisatın səylərini alqışladı.
     
Qeyd edək ki, Postmünaqişə dövründə Azərbaycan hökumətinin diplomatik fəaliyyəti onu göstərir ki, rəsmi Bakı sülh üçün səylərini əsirgəmir. Bu istiqamətdə Azərbaycan diplomatiyası həm Avropa İttifaqının, həm ABŞ-ın, həm də Rusiyanın sülhpərvər cəhdlərini alqışlamaq və dəstək verməklə öz mövqeyini açıq şəkildə nümayiş etdirir. Artıq Ermənistanın sülhdənyayınma, prosesi uzatmaq siyasəti onun özünün əleyhinə işləyir və beynəlxalq arenada Azərbaycanın mövqelərini gücləndirir. Ermənistanın bu cür destruktiv mövqeyi regionda olduğu kimi, beynəlxalq müstəvidə də təcridolunmasını şərtləndirir. Görünən odur ki, hər halda proseseslər buna doğru gedir.

Azərbaycan Cənubi Qafqazda sülh gündəliyinin təbliği və təşkili üçün ciddi səylər göstərir. Ölkəmiz açıq siyasəti ilə sülhün əldə olunmasına, tərəqqiyə töhfələr vermək niyyətindədir. İnkişaf, qarşılıqlı səmimi əməkdaşlıq, mehriban qonşuluq siyasəti fəaliyyətin əsas istiqamətlərindən biridir. Yalnız barışla, əmin-amanlıqla qarşıya qoyulan məqsədə nail olmaq mümkündür.

Nizami Çıraqov,
YAP Göygöl rayon təşkilatı üzrə Azərbaycan Avtomobil
Yolları Dövlət Agentliyinin 2№-li Regional Avtomobil Yollarının
Yaşıllaşdırılması və Ekologiyası MMC ərazi partiya təşkilatının sədri




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024