Həkim-infeksionist: Qlobal bəla dünyadan çəkilməyincə ehtiyatı əldən verməmək məsləhətdir
Tarix: 01-05-2022 | Saat: 10:43
Bölmə:Qərbi Azərbaycan | çapa göndər
Ölkəmizdə müşahidə olunan sanitar-epidemioloji vəziyyət karantin rejiminin bir qədər də yumşaldılmasına imkan verir. Odur ki, Nazirlər Kabineti mayın 1-dən etibarən maskadan istifadə tələbini aradan qaldırdı. Lakin burada müəyyən məqamlar mütləq nəzərə alınmalıdır. Yəni, bu, heç də o demək deyil ki, özündə hər hansı bir respirator əlamət hiss edən şəxs maskadan imtina etməlidir. Özündə və ailəsində öskürək, hərarət, halsızlıq, əzginlik, ümumiyyətlə yuxarı tənəffüs yollarına aid klinik şikayətləri olanların mütləq şəkildə maskadan istifadə etməsi tövsiyə olunur. Bu, xüsusilə kütləvi yerlərdə - tədris müəssisələri, məktəblər, bağçalar, ictimai-iaşə obyektlərində çalışanlara aiddir. Bundan əlavə, risk qrupunda olanların da vətəndaşların sıx olduğu yerlərdə maskadan istifadə etməsi məsləhət görülür.
Bunu TƏBİB-in infeksion xəstəliklər üzrə işçi qrupunun üzvü, Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyev deyib.
O, yoluxma saylarının xeyli azalmasına baxmayaraq, pandemiyanın hələ bitmədiyini, mübarizəni davam etdirilməsinin vacibliyini diqqətə çatdırıb: “Son dövrlərdə COVID-19-a yoluxma statistikasının əks olunduğu cədvəldəki rəqəmlər iki ildir ki, üzərimizə çökən mənəvi ağırlığı, narahatlıq və təhlükəni aradan qaldırsa da, bu, arxayınlaşmağa heç bir zəmanət vermir. Dünyanın bir sıra ölkələrindən pandemiya ilə əlaqədar şad xəbərlər gəlsə də, bəzilərində yoluxma saylarındakı artım hər şeyin sona çatdığı qənaətinə gəlməyin tez olduğunu deyir. Epidemioloji vəziyyətin normallaşması, karantin rejimi məhdudiyyətlərinin əksəriyyətinin yumşalmasına birgə mübarizə – qaydalara məsuliyyətli yanaşmaq və vaksinasiyada aktiv iştirak sayəsində nail olduq. Ona görə də bu qlobal və gözəgörünməz bəla dünyadan çəkilməyincə ehtiyatı əldən verməmək məsləhətdir”.
AİA.Az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
15-11-2024