Laçında işləyərkən minaya düşən fəhlə öldü
Tarix: 30-04-2022 | Saat: 10:52
Bölmə:Karusel / Gündəm | çapa göndər
Laçında minaya düşən şəxs vəfat edib.
aia.az xəbər verir ki, ötən gün Laçında minaya düşən Ağstafa rayon Dağ Kəsəmən kənd sakini, 1992-ci il təvəllüdlü Pərvin Salahov gecə saatlarında dünyasını dəyişib.
İlkin məlumata görə, P.Salahov ailəli idi, bir övladı qalıb.
Dağ Kəsəmən kənd icra nümayəndəsi İbrahim Qiyasbəyov faktı Oxu.Az-a təsdiq edib. O bildirib ki, P.Salahov bu gün Dağ Kəsəmən kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Qeyd edək ki, ötən gün Laçın Rayon Prokurorluğunun yaydığı məlumatda P.Salahovun həmin ərazidə təmir-tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışdığı və Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində piyada əleyhinə minaya düşməsi bildirilib.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025