Mobil versiya
Suraxanıda Zərifə Əliyevanın xatirəsi anıldı - FOTOLAR
Tarix: 28-04-2022 | Saat: 15:40
Bölmə:Gündəm | çapa göndər

Suraxanıda Zərifə Əliyevanın xatirəsi anıldı

Suraxanı rayonu, Heydər Əliyev Mərkəzində Akademik, Əməkdar elm xadimi, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlər keçirilib.

aia.az xəbər verir ki, Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunan tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Tibb elmləri doktoru, Professor, oftalmoloq, şair Paşa Qəlbinur, səhiyyə və təhsil müəsissələrinin nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları ilk öncə Ümummilli lider, Ulu Öndər Heydər Əliyevin Suraxanı rayonu, Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə dövlət himninin səsləndirilməsindən və akademik Zərifə xanım Əliyevanın həyatından bəhs edən videoçarxın nümayişindən sonra Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək bildirib ki, akademik, görkəmli oftalmoloq-alim Zərifə Əliyevanı xalqımız sonsuz hörmət və məhəbbətlə xatırlayır: “Bugünkü tədbirimiz də Zərifə xanımın əziz xatirəsinə böyük ehtiramın ifadəsidir. Görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın seçdiyi sənət də, mənalı ömür yolundakı yorulmaz fəaliyyəti də insanlara nur bəxş etmək üçün səbəb olub”.

Həmçinin, YAP Suraxanı rayon təşkilatı və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev irsinin öyrənilməsi” layihəsi çərçivəsində Zərifə Əliyevanın doğum gününə həsr olunmuş “Heydər Əliyev və ailə dəyərləri” mövzusunda rayon məktəblərinin 11-ci sinifləri ilə diskussiya da təşkil edilib.

aia.az

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024