Mobil versiya
Azərbaycançılıq ideyasının uğurlu inkişafı və həmrəylik zirvəsi
Tarix: 28-04-2022 | Saat: 14:50
Bölmə:Seçki 2024 | çapa göndər

Azərbaycançılıq ideyasının uğurlu inkişafı və həmrəylik zirvəsi



Bu gün ölkəmiz dövlət quruculuğu sahəsində mühüm nailiyyətlər əldə etmiş, iqtisadi potensialına, demokratik inkişaf səviyyəsinə, beynəlxalq aləmdə tutduğu mövqeyinə görə regionun lider dövlətinə çevrilmişdir. Bu inkişaf həm də Azərbaycan diasporunun formalaşması, təşkilatlanması, mütəşəkkil qüvvəyə çevrilməsinə səbəb olmuşdur. Əldə edilmiş nailiyyətlər dünya azərbaycanlılarının həmrəyliyini gücləndirmiş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızı milli maraqlar ətrafında səfərbər etmişdir.

Qeyd edək ki, Dünyada yaşayan azərbaycanlılarımızın tarixi Vətənlə əlaqələrini daha da gücləndirmək istiqamətində Ümummilli Liderin atdığı mühüm addımlardan biri də 2001-ci ilin noyabrında Bakıda Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi barədə sərəncamı oldu. Qurultay soydaşlarımızın milli mənlik şüurunun güclənməsinə, müxtəlif ölkələrdə azərbaycanlı icmalarının mütəşəkkilliyinin və fəallığının artmasına təkan verdi. Dünya azərbaycanlıları ilk dəfə olaraq Bakıda bir araya gəlib qarşıda duran vəzifələri, problemləri, onların aradan qaldırılması yollarını müzakirə etdilər.

Prezident İlham Əliyev də Ulu Öndərdən əmanət qalan əzmkarlığı sayəsində həmrəylik ideallarına sadiqliyini konkret əməli işlərlə sübuta yetirir. 2006-cı il martın 16-da Bakıda Dünya Azərbaycanlılarının II, 2011-ci ilin iyulunda III, 2016-cı ilin iyununda IV qurultaylarının keçirilməsi bunun əyani təsdiqidir.
Dünya Azərbaycanlılarının IV qurultayının açılış mərasimində nitq söyləyən Prezident İlham Əliyev hamını bir daha birliyə, həmrəyliyə, Vətən naminə fədakarlıqlara səslədi. Bu çağırış xaricdə yaşayan azərbaycanlıların diaspordan lobbiyə çevrilməsinə güclü təkan verdi. Təsadüfi deyil ki, bu gün birliyin və həmrəyliyin tam təmin olunması, Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlər yüksək səviyyədə həllini tapır.

Dövlət başçısı xaricdə yaşayan hər bir azərbaycanlının maraq və mənafeyinin qorunmasını Azərbaycan dövlətinin başlıca vəzifəsi hesab edir, dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyon soydaşımızda milli ruhun yüksəldilməsinə, onların vahid ideologiya və məqsədlər ətrafında birləşməsinə böyük töhfələr verir. "Biz istəyirik ki, dünyada yaşayan azərbaycanlılar öz tarixi Vətənləri ilə əlaqələrini heç vaxt kəsməsinlər. Daim əlaqədə olsunlar, Azərbaycan ilə bağlı olsunlar", - deyən Prezident xalqımızı milli həmrəyliyə səsləyir. Deyir ki, artıq torpaqlarımız işğaldan azad olunub, müstəqilliyimizin 30-cu ildönümünü qalib dövlət, torpaqlarını işğaldan azad etmiş xalq kimi qeyd etdik.

44 günlük Vətən müharibəsi müddətində insanlarımız bir daha öz rəhbərinin müdrikliyinə və siyasi iradəsinə şahidlik etdilər. Həmin günlər Prezident İlham Əliyevin yenilməz qətiyyəti bütün xalqı qələbəyə kökləndirdi. Məhz Azərbaycan rəhbərinin ortaya qoyduğu nümunə xalqımızı bu müqəddəs savaşda zəfərə qovuşdurdu.

Azərbaycanın tarixinə daha bir şanlı səhifə yazılıb - Zəfər qurultayı. Dünya Azərbaycanlılarının V Qurultayının Şuşada keçirilməsi bir daha bütün dünyaya nümayiş etdirdi ki, bu qədim şəhər Azərbaycanın əzəli torpağıdır.

Azərbaycançılıq ideyasının uğurlu inkişafı və həmrəylik zirvəsi olan Zəfər qurultayı, mühüm siyasi əhəmiyyətə malik qürurverici tarixi hadisədir. Bütün dünya bir daha azərbaycanlıların harada yaşamalarından asılı olmayaraq öz Prezidenti ətrafında sıx birləşməsinə, həmrəyliyinə şahidlik etdi. Bir sözlə, xalqımız Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə milli həmrəyliyin mükəmməl nümunəsini yaratdı.

İlham Əhmədov,
YAP Göygöl rayon təşkilatı üzrə Qızılqaya qəsəbə ərazi partiya təşkilatının sədri
aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024