Mobil versiya
Azərbaycanda DƏHŞƏT: Kişi keçmiş arvadını baltaladı
Tarix: 28-04-2022 | Saat: 09:43
Bölmə:Karusel / Gündəm | çapa göndər

Azərbaycanda DƏHŞƏT:

Qubada qadın baltalanıb.

Quba rayon prokurorluğundan aia.az-a verilən məlumata görə, aprelin 25-i saat 13 radələrində Quba rayonu, Səbətlər kənd sakini Gülnar Muradovanın yaşadığı evdə xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılan araşdırmalarla müəyyən edilib ki, zərərçəkmişin keçmiş əri, 1984-cü il təvəllüdlü Elşən Muradov qeyd edilən tarixdə qayınanasına məxsus evə gələrək şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı balta ilə Gülnar Muradovanın baş nahiyəsinə 2 dəfə zərbə endirib sonuncunun yerə yıxılmasından sonra əlləri ilə onu boğmaq istəyərkən qızı Ayşən Muradovanın stəkanla Elşən Muradovun baş nahiyəsinə zərbə endirməsi səbəbindən o, cinayət əməlini başa çatdıra bilməyib.

Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Elşən Muradov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024