Azərbaycanda DƏHŞƏT: Ata 11 aylıq körpəsini qəsdən yerə ÇIRPDI - YENİLƏNİB
Tarix: 27-04-2022 | Saat: 12:39
Bölmə:Manşet / Gündəm | çapa göndər
Bakıda kişi 11 aylıq oğluna xəsarət yetirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən aia.-az-a bildirilib ki, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə aprelin 26-da saat 16 radələrində 30 yaşlı Samir Ağakərimovun 1 yaşlı oğlunu evdən həyətə tullaması nəticəsində uşağın kəllə-beyin travması xəsarəti ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.Ağakərimov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi (Qəsdən sağlamlığa ağır zərər vurma - xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) ilə cinayət işi başlanıb.
***
26 aprel, saat 23:21
Bakıda ata 11 aylıq övladını yerə çırpıb.
aia.az xəbər verir ki, hadisə bu gün saat 21 radələrində Yasamal rayonunun 4-cü Yasamal adı ilə tanınan Xaqani Dadaşov küçəsində baş verib.
Bildirilib ki, ata E.A. 11 aylıq körpəsini qəsdən yerə çırpıb. Uşaq ağır kəllə beyin travması alıb, baş nahiyəsi ciddi şəkildə zədələnib. Körpə Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib.
Hadisəni törədən E.A. tutularaq istintaqa təhvil verilib.
Uşağın vəziyyətinin çox ağır olduğu bildirilir.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-02-2025
31-01-2025