Mobil versiya
AMEA-nın iclası başladı: Ramiz Mehdiyev iştirak etmir - YENİLƏNİB
Tarix: 27-04-2022 | Saat: 11:54
Bölmə:Gündəm | çapa göndər

AMEA-nın iclası başladı: Ramiz Mehdiyev iştirak etmir - YENİLƏNİB

AMEA-nın Əsas binasında Azərbaycan Milli Elmlər Akademiyasının 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağı keçirilir.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, millət vəkilləri, Akademiyanın həqiqi və müxbir üzvləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının baş və icraçı direktorları, ali təhsil müəssisələrinin rektorları, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlər iştirak edirlər.

Əvvəlcə qonaqlar “Elm günü”nə həsr edilmiş AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan uğurları əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinə baxış keçiriblər.

Ümumi yığıncağın rəsmi hissəsi AMEA-nın prezidenti vəzifələrini müvəqqəti icra edən akademik Arif Həşimovun giriş nitqi ilə başlayıb.

Hazırda Akademiyanın elmi bölmələrinin 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətlərinə dair hesabatları dinlənilir.

Qeyd edək ki, AMEA-nın prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyev iclasda iştirak etmir.

08:58

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) Rəyasət Heyətinin iclası keçiriləcək.

Oxu.Az xəbər verir ki, iclasda AMEA-nın yeni prezidentinin seçiləcəyi gözlənilir.

Xatırladaq ki, Ramiz Mehdiyev fevralın 14-də AMEA-nın prezidenti vəzifəsindən istefa verib. Onun istefa ərizəsi qəbul edildikdən sonra AMEA-nın Nizamnaməsinin 9.6-cı maddəsinə uyğun olaraq, Akademiya prezidentinin səlahiyyətlərinin icrası birinci vitse-prezident, akademik Arif Həşimova həvalə olunub.

Könül Cəfərli



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024