Mobil versiya
İmişlidə itkin düşən azyaşlı tapıldı
Tarix: 27-04-2022 | Saat: 09:46
Bölmə:Seçki 2024 | çapa göndər

İmişlidə itkin düşən azyaşlı tapıldı

İmişlidə itkin düşən azyaşlı tapılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan aia.az-a verilən məlumata görə, aprelin 26-da axşam saatlarında İmişli rayon sakini Y.Rəhimov Rayon Polis Şöbəsinə övladının itməsi barədə məlumat verib.

RPŞ-in və İmişli Rayon Mühafizə Şöbəsinin əməkdaşları tərəfindən birgə keçirilmiş təxirəsalınmaz axtarış tədbirləri nəticəsində uşaq qısa müddətdə rayon ərazisində tapılaraq şöbəyə gətirilib.

Polis əməkdaşları tərəfindən azyaşlının ailəsi ilə əlaqə saxlanılıb və övladları tam sağlam olaraq ailəsinə təhvil verilib.\

aia.az




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024