Mobil versiya
Qırğızıstan və Azərbaycanla münasibətləri yeni mərhələyə qədəm qoyub.
Tarix: 27-04-2022 | Saat: 09:40
Bölmə:Seçki 2024 | çapa göndər

Qırğızıstan və Azərbaycanla münasibətləri yeni mərhələyə qədəm qoyub.

Məlum olduğu kimi, aprelin 20-də Qırğızıstan Respublikasının nümayəndə heyətinin Azərbaycana işgüzar və rəsmi səfəri və hər iki dövlətin bayraqları ilə bəzədilmiş meydanda təntənəli qarşılanma mərasimindən sonra prezidentlər arasında hər iki dövlətin maraqlarına xidmət edən qaşılıqlı anlaşma şəraitində silsilə əməkdaşlıq müqavilələrinin imzalanması ölkəmizin hər bir vətəndaşı kimi məni də son dərəcə qürurlandırdı. Hakimiyyətə başladığı ilk gündən təntənəli andına sadiq qalan möhtərəm Prezidentimiz İlham Əliyev cənabları yeritdiyi müdrik və düşünülmüş siyasəti ilə Azərbaycanı sürətli və dinamik inkişaf yolu ilə inamla daha işıqlı gələcəyə doğru aparmaqdadır.

Qeyd etmək yerinə düşər ki, Ali məqsədi və amalı dövlətimizin və xalqımzın milli-mənəvi, iqtisadi və siyasi maraqlarına xidmət etmək olan cənab Prezident Qırğızıstanla Strateji Əməkdaşlıq haqqında bəyannamə imzalamaqla siyasət lideri imicini daha da artırdı və nəinki doğma xalqının eləcə də türk dünyasının bir daha rəğbətini qazandı. Səmimi və işgüzar rəsmi görüşdən sonra mühüm siyasi və həyati əhəmiyyət kəsb edən, qardaş qırğız xalqı ilə dövlət səviyyəsində qarşılıqlı razılığa gəlməklə əməkdaşlığımızın yeni müstəvi üzərində genişəndirilməsinə hesablanmış bir-çox sənədlərin və müqavilələrin imzalanmasından sonra Prezident İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov mətbuata bəyanatla açıqlama vermişlər.

Ölkəmizin başçısı İlham Əliyev Qırğız Respublikasının Prezidenti Sadır Japarova, digər rəsmi qonaqlara müraiət edərək demişdir: «Cənab Prezident, Sizi Azərbaycanda bir daha səmimi-qəlbdən salamlayıram. Şadam ki, Siz mənim dəvətimi qəbul edib ölkəmizə rəsmi səfərə gəlmisinz. Biz Sizinlə ötən ilin sonunda görüşmüşük. Bizim ilk görüşümüzdə mən Sizi Azərbaycana səfərə dəvət etdim. Şadam ki, qısa vaxtdan sonra-heç 6 ay keçməmiş, -Siz Azərbaycana gəlmisiniz. Biz buna dostluğumuzun və qardaşlıq münasibətlərmizin əlaməti kimi baxırıq… Biz dost və qardaş dövlətlərik. Bu gün bizim münasibətlərimiz keyfiyyətcə yen səviyyəyə çatıb.

On sənəd imzalanıb, mən onların arasında ikisini- Strateji Tərəfdşlıq Haqqında Bəyannaməni və Dövlətlərarası Şuranın yaradılması haqqında Memarandumu xüsusi vurğulamaq tstərdim. Hər iki sənəd bizim münasibətlərin xarakterini və formasını əsasən qabaqcadan müəyyən edəcək… Biz Dövlətlərarası Şura çərçivəsində həm ikitərəfli gündəliyə aid məsələləri, həm də regional və beynəlxalq problemləri daha effektliv və fəal surətdə müntəzəm müzakirə edəcəyik.» Cənab Prezident Bəyanatında bildirdi: «Beynəlxalq məsələlərə gəlincə, deməliyəm ki, Qırğızıstan və Azərbaycan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir.Biz Qoşulmama Hərəkatında Azərbaycanın sədrliyi müddətinin uzadılmasında Qırğızıstanın dəstəyinə görə minnətdarıq. Biz BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ECO çərçivəsində həmişə bir-birimizi dəstəkləyirik.»

Qırğızıstan Prezidenti Sadır Japarov səsləndirdiyi bəyanaıtında demişdir: “İlk növbədə icazə verin səmimit qəbul və ənənvi qonaqpərvərlyə görə Azərbaycan Respublikamənə Prezidenti hörmətli cənab İlham Heydər oğlu Əliyevə və bütün Azərbaycan xalqına Qırğız Respublikasının nümayəndə heyəti adındından dərin minnətdarlığımı bildirim. Çox rəmzi haldır ki, mənim Azərbaycan Respublikasına ilk rəsmi səfərim qardaş ölkələrimiz arasında dostluq və əməkdaşlıq haqqında müqavilənin 25 illiyi və diplomatik münasbətlər qurulmasının 30-cu ildönümü ərəfəsində keçir. Qırğızıstan və Azərbaycanla münasibətləri yeni mərhələyə qədəm basmasının beynəlxalq və siyasi əhəmiyyətini yüksək dəyərləndirən Prezident Sadır Japarov daha sonra vurğulamışdır: «Biz bu dəyərlər əsasında azərbaycanlı qardaşlarımzla səmərəli işə hazırıq və inanırıq ki, birlkdə bütün çətinlikləri aradan qaldıracaq, daha yaxşı dünya qurulmasına öz töhfəmizi verəcəyik.»

Daha konkret desək, ölkəmizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı kimi şərəfli titulu haqq etmiş İlham Əliyev cənablarının dinindən, irqindən, milli mənsubiyyətindən asılı olmayaraq bütün ölkələr, dövlətlər və xalqlar arasında sülhə, əməkdaşlığa, mehriban qonşuluq münasibətlərinə nail olmaq üçün hamıya böyük xeyirxahlıqla əl uzatması istiqamtindəki fəaliyyəti onu dünyada güclü siyasi lider səviyyəsinə ucaldacaqdır.

Savalan MƏHƏRRƏMOV,
YAP Göygöl rayon təşkilatı üzrə Göyçəkənd kənd ərazi partiya təşkilatının sədr müavini




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-09-2024