Mobil versiya
Bakı metrosunda doqquz dəqiqə gecikmə: Sərnişin sıxlığı yarandı
Tarix: 27-04-2022 | Saat: 09:30
Bölmə:Karusel / Gündəm | çapa göndər

Bakı metrosunda doqquz dəqiqə gecikmə:

Bakı metrosunda qatarların hərəkətində 9 dəqiqə gecikmə olub.

aia.az xəbər verir ki, gecikmə metronun “İçərişəhər” stansiyasında müşahidə edilib. Qatarın gecikməsi səbəbindən stansiyada sərnişin sıxlığı olub.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəisi Bəxtiyar Məmmədovun sözlərinə görə, ehtimal ki, ehtiyat qatarlardan biri xətdən çıxarılıb və bu səbəbdən interval artıb:

“Ehtiyat qatarlar qrafikdən əlavə verilir. Məqsəd sərnişin sıxlığı olan istiqamətlərdə tənzimləməni sürətləndirməkdir. Belə olanda, digər xətdə dediyiniz dəqiqə fərqi yarana bilir. Ümumilikdə metronun və qatarların fəaliyyətində heç bir problem yoxdur”.(oxu.az)

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
17-05-2024