Mobil versiya
Bu ətləri bizə yedizdirmək istəyirdilər - FOTO
Tarix: 14-05-2016 | Saat: 14:41
Bölmə:Cəmiyyət | çapa göndər

Bu ətləri bizə yedizdirmək istəyirdilər -






Mayın 14-də, gecə saat 1-2 radələrində Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri mənşəyi məlum olmayan, baytarlıq-sanitariya cəhətdən keyfiyyəti və təhlükəsizliyi şübhə doğuran ət və ət məhsullarının satışının qarşısını almaq məqsədilə reyd keçiriblər.

Dövlət Xidmətindən Aİa.Az-a verilən məlumata görə, reyd zamanı "Ucal-Elgün" MMC (Montində yerləşən) heyvan kəsim məntəqəsinin həyətində Cəlilabad rayonundan Bakıya satış məqsədilə gətirilən, Babayev Hüseyn Fazil oğlunun idarə etdiyi "Qazel" markalı 15 BO780 dövlət nömrə nişanlı yük avtomobilində 9 baş hissələrə bölünmüş, 1300 kq-a yaxın iribuynuzlu heyvan cəmdəkləri (1 baş camış, 8 baş inək cəmdəyi, cəmi 36 şaqqaya ayrılmış ət) aşkar edilib.

Yük avtomobilinə baxış keçirilən zaman heyvan cəmdəklərinin antisanitar vəziyyətdə, standarta uyğun olmayan formada, üst-üstə yığılaraq çirkli baş-ayaq və tamam yararsız vəziyyətdə olan daxili orqanlarla birgə daşındığı məlum olub. Ətlərin orqonoleptik göstəriciləri qida üçün şübhə doğurduğundan onlardan baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilib.

Laboratoriya müayinələrinin nəticəsindən asılı olaraq qanunvericiliyə uyğun müvafiq qərar qəbul ediləcək və tədbirlər görüləcək.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə